Avropa Belarusa yeni sanksiyalara hazırlaşır - Lukaşenko isə aksiya iştirakçılarını güllələməklə hədələyir
13-10-2020 [13:55]
Avropa İttifaqı xarici işlər nazirləri oktyabrın 12-də Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Aleksandr Lukaşenkonun üzərinə sanksiyalar qoyulması barədə razılığa gəliblər.
Bunun ardınca Lukaşenkanın hökuməti ona qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarına güllə atıla bilcəyi ilə hədələyib.
Belarus daxili işlər nazirinin birinci müavini Henadz Kazakeviç oktyabrın 12-də yayınlanmış video müraciətində deyib: “Biz küçələri tərk etməyəcəyik və ölkədə qanun-qaydanı təmin edəcəyik. Hüquq-mühafizə heyəti və daxili qoşunlar xüsusi ləvazimatdan və ehtiyac olarsa, odlu silahdan istifadə edəcək”.
Təhlükəsizlik qüvvələri indiyədək etirazçılara qarşı suatanlardan, rezin güllələrdən və səs qumbaralarından istifadə etdiyini etiraf edib.
Kazakeviç iddia edib ki, etirazçılar son dərəcə radikallaşıblar. Onun sözlərinə görə oktyabrın 11-də keçirilən aksiyalarda etirazçılar polisə daş və butılkalar atıblar, habelə barrikadalar quraraq, avtomobil təkərlərinə od vurublar. Nazir müavini əlavə edib ki, bu hərəkələrin vətəndaş etirazı ilə heç bir bağlılığı yoxdur.
O, etirazçıları radikallar, anarxistlər və futbol azarkeşləri adlandırıb.
Etirazçılar Lukaşenkonun istefasını və prezident seçkisinin yenidən keçirilməsini tələb edirlər. Şərhçilər bildirirlər ki, Lukaşenko hakimiyyətinin sərtləşməsi Avropa İttifaqında ona qarşı sanksiyaların irəli sürülməsi barədə razılığın əldə olunması ilə bağlıdır.
Xatırladaq ki, polis oktyabrın 11-də Minskdə suaatanlardan və səs qumbaralarından istifadə edib, ölkə boyunca 700-dək etirazçını saxlayıb.
Oktyabrın 12-də Belarusda keçirilən etiraz aksiyalarına pensiyaçılar da qoşulublar.
Avropa İttifaqı xəbərdarlıq edib ki, bu ölkədə keçirilmiş seçkinin saxtalaşdırılması və buna etiraz edən aksiyaların iştirakçılarına divan tutulması ilə bağlı Belarusun avtokrat lideri Aleksandr Lukaşenko üzərinə sanksiyalar elan edə bilər.
Okrtyabrın 12-də Avropa İttifaqının Lüksemburqda keçirilən iclasında üzv ölkələrin nümayəndələri Belarus prezident seçkisinin nə azad, nə də ədalətli olduğu barədə bəyanat veriblər. İclasın bəyanatında deyilir ki, Lukaşenkonun heç bir demokratik legitimliyi yoxdur. (azadliq.org)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi