13-11-2013 [16:58]
"Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. Hazırda istintaq aparılır. Azərbaycan vətəndaşının saxlanması ilə bağlı tərəfimizdən araşdırma aparılır və Dubaydakı konsulluğumuz məsələni nəzarətdə saxlayır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Cavadağa Sultanov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, ondan əvvəl isə Binəqədinin polis rəisi işləyib.
Adı dəfələrlə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında işgəncələrə rəhbərlik edən şəxs kimi çəkilib. Bu şəxsin adı yaddaşlarda daha çox DİN-in baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun işi ilə bağlı keçən proseslərlə bağlı qalıb.
C.Sultanovun adı H.Məmmədov və bandasının fəaliyyətindən xəbərdar olan, həmçinin bu banda ilə əlbir olan yüksək rütbəli polis zabitlərinin sırasında çəkilirdi.
H.Məmmədovun məhkəməsində C.Sultanovun adı şahid qismində keçib və o, məhkəmədə ifadə verib.
Həmçinin H.Məmmədovun işi ilə bağlı C.Sultanov barəsində ayrıca cinayət işi başlanıb. Lakin bu işin taleyi bu günə qədər qaranlıq olaraq qalır.
H.Məmmədovun məhkəməsində C.Sultanov qeyri-səmimi ifadə verməsi ilə təqsirləndirilənlərin qəzəbinə tuş gəlib.
O, məhkəmə ifadəsində bildirib ki, H.Məmmədovun qətlə yetirdiyi kriminalist Rövşən Əliyev bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu işlərin arxasında dayanan polisləri tutacağını deyib: "Soruşdum ki, onlar kimdir, dedi ki, generallar”.
Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona inanıb. Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib. Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşub. Cavadağa Sultanov isə bildirib ki, o, ailəsinə görə qorxurmuş: "Əgər məlumat versəydim, indi burda mənim ölüm işimlə bağlı epizoda baxılacaqdı”.
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Nizami Qasımovun məhkəmədəki ifadəsindən: "Cavadağa Sultanov Cahangir Hacıyevə dedi ki, arvadınızı oğurlayanları uzaqda axtarmaqdansa Zakir Nəsirovdan soruşun”.
Şahid qeyd edib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin uzaq qohumudur. 2005-ci ilin fevral ayında Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oğurlanandan sonra BŞBPİ cinayət-axtarış şöbəsinin əməliyyatçıları axtarış əməliyyatına cəlb olunublar. Həmin müddətdə BŞBPİ-nin rəis müavini işləmiş Cavadağa Sultanovun Zamirə Hacıyevanın DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir Nəsirovun sifarişi ilə oğurlanmasından xəbəri olub.
"Mən Cahangir Hacıyevin iş yerinə gedəndə gördüm ki, Cavadağa Sultanov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev və idarənin Aydın Mirzəyev adlı əməkdaşı oradadır. Cavadağa Sultanov Cahangir Hacıyevə bildirdi ki, adam oğrularını uzaqda axtarmaq lazım deyil, Zakir Nəsirovu bura çağırın və adam oğrularının qadını gizlətdikləri yeri deməsini ondan tələb edin” - deyə şahid qeyd edib.
Hazırda ömürlük həbs cəzası çəkən DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov C.Sultanovun qeyri-səmimi olmasınının səbəbini məhkəməyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları və rəisi Məhərrəm Əliyevlə münasibətlərinin tarixçəsinə toxunaraq aydınlıq gətirmişdi:
"1995-ci ildə Heydər Əliyevin təyyarəsini vurmaq istəyən dəstə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən alındı. Sonradan məlum oldu ki, bu dəstənin üzvləri bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb, külli miqdarda pul aldıqdan sonra onları azadlığa buraxıblar. Məhərrəm Əliyev bu dəqiqə də raket məsələsini mənə bağışlamır. Cavadağa Sultanovun mənim barəmdə danışdıqları aramızda olan şəxsi münasibətlə bağlıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi