104 QHT rəhbəri bu beynəlxalq təşkilatların liderlərinə müraciət etdi - Erməni terroru ilə bağlı
12-10-2020 [14:19]
Uşaq və qadınların hüquqları ilə məşğul olan 104 Azərbaycan QHT-si Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı UNİCEF-in İcraçı Direktoru Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidenti Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidenti Siddharta Kaul, Uşaq Müdafiə Fondunun icraçı direktoru Bharti Vahi və Uşaqlar üçün Qlobal Fondunun prezidenti Con Heklingerə müraciət edib.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Xanımlar və Cənablar,
Biz, Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.
Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilmişdir. Hərbi əməliyyatları dayandırmaq və insan itkisinin qarşısını almaq məqsədilə 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mansakyan arasında üç tərəfli görüş keçirilib.
Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:
Əldə olunan razılığa baxmayaraq, Ermənistan tərəfi hər dəfə olduğu kimi yenə də təxribata əl ataraq atəşkəsi pozmuşdur. Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Diqqətinizə çatdırmaq istəyirik ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulub. Hücüm nəticəsində Gəncə şəhərində yerləşən 3 yaşayış binası dağıdılıb, 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 34-dən çox insan yaralanıb ki, onlardan da 16-sı qadın, 6-sı isə uşaqdır.
Ermənistan 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətini son iki həftədə Gəncədə və digər rayon və şəhərlərimizdə davam etdirərək çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirib.
Xatırladaq ki, 2017-ci ildə Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinə 82 və 120 mm-lik minaatanlardan və ağır qumbaraatanlardan atəş açaraq 18 aylıq qız Zəhra Quliyevanı və 50 yaşlı nənəsi Sahibə Quliyevanı da öldürmüşdülər.
Bildiyiniz kimi, IV Cenevrə Konvensiyasına uyğun olaraq silahlı münaqişə zamanı mülki şəxslərin, xüsusilə uşaqların qorunması konvensiyanın əsas prinsiplərindəndir. Təəssüflər olsun ki, bu qətllər Ermənistanın siyasi və hərbi rəhbərliyinin uşaq qatili olduqlarını, insanlıq əleyhinə cinayət törətdiklərini və heç bir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiklərini göstərir.
Biz, aşağıda imza edən uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistanın bu cinayət əməlini kəskin şəkildə pisləməyə, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə və vandalizminə laqeyd qalmaması üçün etiraz səsinizi yüksəltməyə və mandatınız daxilində təcavüzkar Ermənistanı durdurmağa çağırırıq.
Ümid edirik ki, siz bizim kollektiv müraciətə laqeyd qalmayacaq və Azərbaycanın mülki şəxslərinin kobud şəkildə pozulmuş hüquqların müdafiəsi üçün əlinizdən gələni edəcəksiniz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi