Erməni terroru ilə bağlı 37 ölkənin 57 siyasi partiyasına müraciət olundu
12-10-2020 [12:25]
Yeni Azərbaycan Partiyası oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərdən atəşə tutması nəticəsində dinc sakinlərin həyatını itirməsi, coxlu sayda insanın yaralanması ilə nəticələnən hərbi təxribat ilə əlaqədar dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara növbəti müraciət ünvanlayıb.
YAP-ın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciət Avropa və Asiyanın 37 ölkədən 57 siyasi partiyasına, eləcə də bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.
Erməni terrorçularının dinc insanlara qarşı törətdiyi növbəti vəhşilik və onun ağır fəsadları haqqında məlumatların yer aldığı müraciətdə bildirilir:
“Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını “Toçka-U” raket sistemindən atəşə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir.
Həmçinin, Ermənistan silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını növbəti dəfə hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb”.
Yeni Azərbaycan Partiyasının müraciətində daha sonra qeyd olunur: “Ermənistanın bu barbarlığı Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada 11 saat davam edən gərgin danışıqlarının nəticəsində əldə olunan və 10.10.2020-ci il saat 12:00-da qüvvəyə minən humanitar atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasıdır.
Atəşkəsin ilkin dəqiqələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, mülki obyektlərini, dinc əhalisini atəşə tutmaqda davam edir. Bununla da işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, insanlıq əleyhinə yeni cinayətlərə imza atmaqdadır.”
YAP-ın müraciətində erməni terrorunun insanlığa və bəşəriyyətə bir təhlükə olduğu nəzərə çatdırılır: “1990-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə həyata keçirən, minlərlə uşağı və qadını qətlə yetirən Ermənistan dinc sakinlərə qarşı sistemli terror əməllərini bu gün də davam etdirir. 1994-cü ildə əldə olunan və bu ilin 27 sentyabrınadək davam edən atəşkəs rejimi müddətində də Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisini hədəfə alıb, onlarla uşağın ölümünə və yaralanmasına səbəb olan terror aktları həyata keçirib.
Sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədilməsindən etibarən isə bu ölkə tərəfindən Azərbaycanın dinc əhalisinə, əhalinin sıx məskunlaşdığı şəhərlərə və yaşayış məntəqələrinə hücumlar yeni mərhələyə yüksələrək daha geniş miqyas alıb. Ermənistanın bu cinayətkar hücumları nəticəsində aralarında məktəblilər də olmaqla 41 mülki şəxs öldürülüb, 200-dən artıq yaralanmış, mindən artıq ev və digər mülki obyektlər dağıdılıb”.
Yeni Azərbaycan Partiyasının müraciətində sonda qeyd olunur: “Daim tərəfləri atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə öz münasibətini bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat keçdikdən sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin hədəfə alınması, eləcə də Azərbaycan silahlı qüvvələrinə olan son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.
Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq ictimaiyyəti, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi