Zakir Həsənov Aslan Aslanovun kirvəsini Murova göndərdi

img

13-11-2013 [15:43]


Nazir vəzifəsinə təqdiq olunduqdan 3 gün sonra imzaladığı əmrlə Hərbi Polis İdarəsinin rəis əvəzi Bədir Həsənovu vəzifəsindən çıxaran Zakir Həsənov onun təyinatını cəbhə bölgəsinə verib.

"Axar.az” xəbər verir ki, nazir Zakir Həsənov Bədir Həsənovu Murovdakı hərbi hissələrdən birinə tabor komandiri göndərib.

Xatırladaq ki, palkovnik-leytenant Bədir Həsənov peşəkar kadr deyil, ön cəbhədə isə adətən qeyri-peşəkar zabitlər üçün xidmət dözülməz olur.

"Qafqazinfo”nun məlumatına görə, sözügedən şəxs bu yaxınlarda vəzifəsindən azad edilən kənt təsərrüfatı nazirinin müavini Aslan Aslanovla kirvədir. Yeni nazirin məhz Bakıda hərbçi jarqonu ilə ifadə etsək "şellənən” bu zabiti cəbhə bölgəsinə göndərməsi rəğbətlə qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA