Prezidentin köməkçisi Gəncədən Qarabağdakı mülki ermənilərə səsləndi: "Sizi humanitar koridorlarla təmin etməyə hazırıq"
11-10-2020 [15:23]
“Ermənistan tərəfindən törədilən bu cinayətlər siyasi və hərbi təxribat kimi qiymətləndirilməlidir”.
Bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə Baş Prokurorluqla birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hərbi təxribatın mahiyyəti aydındır: “Onlar Azərbaycanda mülki əhaliyə xətər yetirmək və yaxud da ölüm hallarını artırmaqla Azərbaycan xalqını qorxutmaq və çəkindirmək məqsədləri güdürlər. Amma buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı yaşadığı məntəqələrdə, yerlərdə çox sabit durumdadır. Xalqımız dövlətimizin ətrafında səfərbərdir. Siyasi təxribatlar isə 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycan Silahlı Qüvvələrini Ermənistan ərazisində olan bəzi məntəqələrə zərbələr endirməyə təşviq etməkdir. Onlar bundan Azərbaycana qarşı istifadə etmək istəyirlər. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında, işğal edilmiş ərazilərinin azad olunması istiqamətində keçirilən sülhə məcburetmə əməliyyatı çərçivəsində legitim haqlarından istifadə edərək hərbi hədəfləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəslə əlaqədar bəyanat imzalanmışdı. Burada da Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi. Artıq burada beynəlxalq missiyanı həyata keçirən tərəflər, ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət özü buna qiymət verməlidir. Onlar görməlidirlər ki, Azərbaycan necə qorxaq, şərəfsiz və alçaq tərəflə üz-üzə dayanıb. Bunlar üçün hər hansı mənəvi və siyasi-diplomatik çərçivədə heç nə mümkün və mövcud deyil. Azərbaycan xalqı bunu 1992-ci ildə Xocalıda vətəndaşlarımıza qarşı etnik təmizləmə aparılanda görmüşdü”.
Hikmət Hacıyev deyib ki, Prezident İlham Əliyev tərəfindən də qeyd olunduğu kimi, biz heç bir mülki hədəflərə atəş açmırıq: "Bu, bizim dəyərimizdir. Biz erməni xalqı ilə müharibə aparmırıq. Bu müharibə işğalçı, təcavüzkar dövlətlədir. Əgər onlar da silahı yerə qoyarsa, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, Azərbaycan tərəfi onların Cenevre Konvensiyası əsasında bütün hüquqlarını təmin etməyə hazırdır. Həmçinin orada yaşayan mülki insanlar bir koridora ehtiyac duyduğu təqdirdə, biz onları da humanitar koridorlarla təmin etməyə hazırıq. Bu, yenə də sivil dünya ilə Ermənistan arasında olan fərqi göstərir"/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi