Mədət Quliyev Penitensiar xidmətin şəxsi heyətini topladı

img

13-11-2013 [13:44]


Ədliyyə Nazirliyi Penitensiar xidmətində şəxsi heyətin toplantısı keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev açıb.

Ədliyyə Akademiyasının Cinayət Prosesi, Kriminalistika və Məhkəmə Ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, kiçik ədliyyə müşaviri Mətanət Əsgərova Penitensiar xidmətin şəxsi heyəti qarşısında "Azərbaycan Ədliyyəsinin tarixi” mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün şərəfinə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA