Qarabağ icmasının rəhbəri: "Ermənistan hələ uzun illər bu itkilərin yerini doldura bilməyəcək”
10-10-2020 [15:59]
"Ermənistanın hərbi cinayətlərinin qarşısını almaq və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan ordusunun şanlı zəfərləri bir çox müsbət keyfiyyətlərimizi üzə çıxardı. Qısa zaman ərzində soydaşlarımız həmrəylik nümayiş etdirərək düşmənə qarşı vahid cəbhədə birləşməyi bacardı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu. Bütün dünya hər bir azərbaycanlının bir əsgər olduğunu gördü”.
Bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev sentyabrın 27-dən davam edən hərbi əməliyyatların nəticələrini şərh edərkən deyib.
O, hərbi əməliyyatların davam etdiyi dönəmdə Azərbaycana qarşı diplomatik təzyiqlərdən də danışıb: “Cənab Prezident İlham Əliyev bütün bu təzyiqlərə qarşı gələrək vaxtında atılan diplomatik addımlar və düzgün qurulan xarici siyasət nəticəsində ölkəmizə qarşı təzyiqləri dəf etdi. Bütün bunlar sübut etdi ki, ölkəmizin milli maraqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün ən ali dəyərdir. Əminliklə deyə bilərəm ki, əməliyyatların davam etdiyi günlərdə Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alındı”.
İcma rəhbəri bildirib ki, bir qədər məsələləri soyuqqanlılıqla təhlil etsək görərik ki, bu cür məqamlarda buraxılan hər hansı səhv hərbi üstünlüklərimizin də əldən getməsinə səbəb ola bilərdi. “Əgər Azərbaycan humanitar atəşkəsə razılaşmasaydı bütün arenalarda Ermənistanın mövqeyini gücləndirmiş olacaqdı. Təbii ki, humanitar atəşkəs müvəqqətidir. Əgər Ermənistan yenə də əvvəlki siyasətini davam etdirəcəksə işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması qaçılmaz olacaq. Hesab edirəm ki, indiki mərhələdə baza prinsipləri üzərində substantiv danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan təkcə hərb meydanında deyil həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayıb: “Ermənistan uzun illər idi ki, danışıqların formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində üçüncü tərəf kimi iştirakına nail olmağa çalışırdı. Amma Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanın bu iddiasının üzərindən birdəfəlik xətt çəkdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistanın özüdür. Ermənistan hakimiyyəti onlara diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır”.
T. Gəncəliyev Ermənistan ordusunun itkiləri haqqında da fikirlərini açıqlayıb. Bildirib ki, Ermənistanın 30 il ərzində qurduğu ordu darmadağın edilib: “Aparılan hərbi əməliyyatlar zaman Cəbrayıl və Hadrut rayonları, kəndlərimiz işğaldan azad olundu. Bİr çox strateji yüksəkliklər və yollar nəzarətimiz altına keçdi. Ermənistanın itkiləri təkcə ərazi itkiləri ilə yekunlaşmadı. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-sursat ələ keçirildi. Hesab edirəm ki, bundan sonra Ermənistan hələ uzun illər bu itkilərin yerini doldura bilməyəcək”/APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi