CEYHUN BAYRAMOV MOSKVA GÖRÜŞÜNÜN DETALLARINDAN DANIŞDI: "Birinci şərt ondan ibarətdir ki..." - YENİLƏNİR
10-10-2020 [15:37]
“Humanitar atəşkəsin elan olunması vacibdir. Ötən günlər ərazində Rusiya Prezindeti Vladimir Putin bu təşəbbüslə çıxış edib”.
Mia.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov 10 saatdan çox çəkən Moskva görüşü və atəşkəs elanı ilə bağlı çıxışında deyib.
Ceyhun Bayramov xatırladıb ki, Moskva görüşündən əvvəl Cenevrədə Minsk Qrupunun həmsədrləri ilə görüşü olub: “Status-kvo dəyişməli idi və bunun üçün Ermənistana təzyiqlər edilmirdi. Həmsədrlərlə danışıqlarda aydın oldu ki, onlar da bunu başa düşür. Bu, Ermənistan üçün də zəruridir. Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. 10 gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.
O vurğulayıb ki, Moskvada texniki fasilələr də nəzərə alınmaqla, danışıqlar 11 saat davam edib. C. Bayramov deyib ki, danışıqların uzun müddət davam etməsinin səbəbi Ermənistanın mənasız tələblərlə çıxış etməsi olub: “Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz”
Nazir bildirib ki, nəhayət, Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib: “Eyni zamanda münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb. Çox qısa müddətdə baza prinsipləri əsasında Ermənistan substansiv danışıqların aparılmasını üzərinə götürüb. Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında olan uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin”.
Nazir qeyd edib ki, Ermənistan bundan əvvəl 7 şərt də irəli sürmüşdü: “Bunlardan biri də danışıqlar prosesində Azərbaycanın Ermənistanla deyil, qondarma qurumla danışıqların aparılması iddiası idi. Yenə də Moskvada imzalanan sənəddə Ermənistan məcbur edildi ki, danışıqlar prosesinin formatının dəyişməz qaldığı təsdiqləsin”.
C. Bayramov nəzərə çatdırıb ki, Moskva danışıqlarında Ermənistan əlavə təhlükəsizlik qarantiyaları istəyib: “Onların əsas iddiası o idi ki, baza şərtləri qoyursunuz, ancaq siz bizə güc tətbiq edirsiniz. Danışıqlarda nəzərə çatdırıldı ki, Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqını itirib, Azərbaycanın 20 faizdən çox torpağını işğal edib, 1 milyondan çox insanı məcburi köçkün vəziyyətinə salıb. Sənəddə atəşkəsin tərəflər arasında razılaşdırılması əksini tapıb. Ermənistan danışıqlarda üçüncü qüvvələr vasitəsi ilə atəşkəsin təmin olunmasını istəyirdi. Bu, qəbul edilmədi, çünki Ermənistan status-kvonun qorunması üçün bundan istifadə edəcək. Yalnız işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarıldıqdan sonra bu məsələyə baxa bilər. Baza prinsipləri mərhələli şəkildə Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını özünə ehtiva edir. Bu, 5 rayon, daha sonra 2 rayondan Ermənistan qoşunlarının çıxarılması, Dağlıq Qarabağa azərbaycanlıların qaytarılması kimi də ola bilər”.
Xarici İşlər naziri qeyd edib ki, qarşımızda böyük məqsəd və hədəflər var: “Buna nail olmaq üçün bütün imkanlarımızdan istifadə edərək sistemli şəkildə addımlar atmalıyıq”.
Nazir bildirib ki, atəşkəs qərarına baxmayaraq, düşmən qüvvələri yenə də əməliyyatlara cəhd edib: "Lakin ordunuzu onları yerində oturdub".
XİN başçısı deyib ki, hazırda əsas məqsəd humanitar atəşkəsin təmin edilməsidir: “Bu, kifayət qədər mürəkkəb və spesifik əməliyyatdır. Bəyannamədə bu işlər BQXK-nın üzərinə qoyulub. Amma Ermənistan humanitar atəşkəs rejiminə əməl etməyib”.
Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi uğurları və ədalətli mövqeyimizə beynəlxalq dəstək yeni imkanlar yaradır və Azərbaycanın diplomatik səylərini möhkəmləndirir: “Bu, bəyanatın 3-cü və 4-cü bəndində əksini tapıb”.
Nazir deyib ki, Ermənistan hakimiyyəti atəşkəs üçün döymədiyi qapılar qoymayıb: "Danışıqlar prosesi zamanı Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur”.
Onun sözlərinə görə, baza prinsiplərinin tərkib hissəsi mərhələlərlə işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını özündə ehtiva edir: “Ermənistan ağır zərbələr alıb. Bizim döyüş meydanında əldə etdiyimiz qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bənddə özünü əks etdirib.
Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sonra dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil dırnaqarası qurumla – “Dağlıq Qarabağ respublikası” ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır.
Nazir erməni ordusunun torpaqlarımızdan çıxması haqda da danışıb: “Cədvəllə bağlı demək istərdim ki, bəyanatın üçüncü bəndində baza prinsiplərinin həyata keçirilməsi öz növbəsində cədvəllərin tərtibi nəzərdə tutulur”.
Nazirin sözlərinə görə, humanitar atəşkəsin müddəti barədə məlumat yoxdur, sənəddə müddət göstərilməyib: “Həlak olmuş hərbçilərin meyitlərinin götürülməsi, əsirlərin dəyişdirilməsinin müddətinin nə zaman çəkəcəyi bəlli deyil. Bununla bağlı BQXK məlumat verə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi