Rəfaellə Coşqun Hafiz Hacıyevi parodiya elədilər-VİDEO

img

13-11-2013 [12:54]


"Bu şəhərdə”nin sonuncu "İsti Rahət” konsertində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parodiya olunub.

"Qafqazinfo” xəbər verir ki, H. Hacıyevin rolunu Rəfael İsgəndərov oynayıb. Partiya sədrinin prezident seçkiləri zamanı canlı yayımda etdiyi çıxışlar konsertdə parodiyə edilib və gülüşlə qarşılanıb.

Qeyd edək ki, məsələyə artıq H. Hacıyev də reaksiya verib. O, azxeber.com-a açıqlamasında bu parodiyanı normal qarşıladığını bildirib: "Mənim incəsənət xadimlərinin hamısına hər zaman böyük hörmətim var. Coşqunla Rafael bizim ölkənin ən yaxşı gülüş sənətkarlarından biridirlər. Onlar əgər, mənim prezident seçkiləri zamanı xalqımı müdafiə etdiyim zaman söylədiyim sözləri parodiya ediblərsə, buna heç bir etirazım yoxdur. Rafaellə Coşqun məni parodiya zamanı təhqir də etsə, tənqid də etsə bu mənim üçün problem deyil. Amma yaxşı olardı ki, məni də dəvət edərdilər konsertlərinə. Mən də izləyərdim və baxdıqdan sonra daha aydın fikirlərimi bildirərdim”.

şərh yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA