"Vəziyyət erməni tərəfi üçün acınacaqlıdır” - Estoniyalı jurnalist Qarabağ və Yerevanda olub, düşmənin döyüş ruhunun yox olduğunu yazıb
09-10-2020 [12:34]
Qarabağda gedən müharibə haqda daha bir xarici KİV ermənilərin vəziyyətinin acınacaqlı olduğu haqda onların öz dillərindən xəbərləri dünyaya çatdırıb.
Mia.az Virtualaz.org-a istinadla xəbər verir ki, Estoniyanın Milli teleradioşirkətinin (ERR) müxbiri Anton Alekseyev ötən gün Qarabağda olub, işğal altındakı Xocavəndə qədər gəlib.
Amma vəziyyət mürəkkəb və təhlükəli olduğu üçün bu gün oktyabrın 9-da səhər saatlarında Yerevana qayıdıb.
O bildirir ki, cəbhədə baş verənlər haqda dəqiq informasiya yoxdur, amma döyüşlərdən qayıdanlar erməni tərəfinin vəziyyətinin acınacaqlı, itkilərinin isə həddən artıq çox olduğunu təsdiq edirlər.
“Cəbhədə olan bir kişi ilə danışdıq. O, dostunu dəfn etmək üçün Ermənistana qayıdıb və deyir ki, situasiya erməni tərəfi üçün acınacaqlıdır”,- estoniyalı müxbir bildirir.
Daha sonra həmin erməni hərbçisindən sitat gətirir: “Sən öz düşmənini görmürsən, ancaq dronlar görünür. Bu dronlarla və raketlərlə müharibədir. Hər şey distant baş verir. Haradansa raket uçub gəlir və sən artıq yoxsan”.
A. Alekseyev əlavə edir ki, ermənilər müharibənin ancaq Putinin Ərdoğanı yola gətirməsindən sonra dayana biləcəyini deyirlər. Onun sözlərinə görə, hazırkı şəraitdə heç bir danışıq mümkün deyil.
“Belə situasiyada hansı danışıqlardan söhbət gedə bilər - mən bilmirəm!”,- o bildirir.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın “Novaya qazeta” nəşrinin müxbiri İlya Azar da Şuşa və Xankəndindən hazırladığı reportajında Ermənistan ordusunun bütün cəbhə boyu acınacaqlı vəziyyətdə olduğunu, minlərlə itki verdiyini yazmışdı. Rusiyalı jurnalist cəbhədən Ermənistana qayıdan erməni könüllülərinin danışdıqlarına istinad edirdi. Ölən dostunu Gümrüdə basdırmaq üçün qayıdan könüllü erməni döyüşçüsü deyirdi ki, onların vəziyyəti acınacaqlıdır, müharibəni uduzublar və Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirlər. O, təkcə Cəbrayıl istiqamətində ermənilərin minlərlə itki verdiyini deyirdi və erməni ordusunda silah-sursat, ərzaq təchizatının acınacaqlı olduğunu bildirirdi.
Bu reportaj dərc olunandan bir gün sonra Ermənistan XİN İlya Azarın akkreditasiyasını ləğv etdi və onu ölkədən çıxardı. Baxmayaraq ki, İlya Azar daha əvvəl ermənilərlə yaxın idi, rəsmi Bakının icazəsi olmadan işğal altındakı ərazilərə səfər etdiyi üçün Azərbaycan XİN-nin “qara siyahı”sına salınmışdı.
Düşmənin cəbhədə vəziyyətinin acınacaqlı olduğunu daha bir Rusiya nəşri - Znak.com portalı da dünənki reportajında göstərib. Həmin reportajda Ağdərədəki döyüşlərdən Xankəndinə qayıdan erməni hərbçisinə istinadla bildirilirdi ki, cəbhənin bu istiqamətində də vəziyyət ermənilər üçün acınacaqlıdır. Həmin erməni hərbçisi Ağdərə torpaqlarının qanlı sıyığa çevrildiyini, minlərlə itkinin olduğunu deyirdi.
Ermənistan Müdafiə Nazirliyi bu günə qədər cəmi bir neçə yüz itkini təsdiqləyib, lakin sosial şəbəkələrdə öz övladlarından, yaxınlarından xəbər ala bilməyən minlərlə adamın kömək çağırışları yayılır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təkcə Ermənistandan olan və Qarabağda döyüşlərə göndərilən 5 minə qədər əsgər və zabitdən xəbər yoxdur. Onlar itkin düşmüş sayılır. Ermənistan hökuməti yanında vahid informasiya mərkəzinə rəhbərlik edən və cəbhədəki vəziyyət barədə hər gün saxta, yalan məlumatlar tirajlayıb erməni ictimaiyyətini hələ də “qələbə” nağıllarına inandırmaq istəyən Arsurun Ovanisyan belə çağırışların getdikcə artmasına görə özünün Facebook səhifəsindən müraciət yayıb.
Sitat: “Bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”.
Hələlik erməni ictimaiyyətinin itkilərin real miqyası barədə təsəvvürləri olmaya bilər, lakin söhbətin minlərlə itkidən getdyi tezliklə aydın olacaq və o zaman düşmən ölkədə çox ciddi vətəndaş etirazlarının başlamasının qaçılmaz olacağı təxmin edilir...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi