Həbs olunacağı deyilən sabiq nazir danışdı: “Biznesə qayıdıram”

img

13-11-2013 [12:09]


"Vəzifəmdən azad edilməyim mənə qətiyyən pis təsir etmədi. Çünki mən nazir vəzifəsinə biznesdən gəlmişdim və indi də biznesimə qayıdıram. Belə desək, bir kabinetdən, digər kabinetə keçmişəm”. 

Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri bir neçə gün öncə dövlət məmurlarından birinin yaxınının yas məclisində iştirak edən keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir neçə məmurla söhbəti zamanı deyib. Eks-nazir vəzifəsindən uzaqlaşdırılmasından təssüflənmədiyini və bundan sonra da prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyini bildirib: "Prezident harada məsləhət biləcəksə,orada da olacam”. 


Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın 22-də verdiyi sərəncama əsasən Füzuli Ələkbərov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamına əsasən Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA