Azərbaycanın ABŞ-dakı səfiri “Washington Times”a müsahibə verdi: "ABŞ Ermənistanı dayandırmalıdır"
09-10-2020 [09:30]
ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində səfir Elin Süleymanovun “ABŞ və digər böyük dövlətlər Ermənistanı təcavüzdən çəkindirməlidir” başlıqlı müsahibəsi dərc edilib.
Səfirlikdən Mia.az-a verilən məlumata görə, jurnalistin Ermənistan-Azərbaycan münaqişəsində gərginliyin artmasının səbəbi ilə bağlı sualını cavablandıran səfir bildirib ki, son aylarda Ermənistan davamlı olaraq hərbi təxribatlara əl atıb və son gərginlik 12-14 iyulda Azərbaycanla beynəlxalq sərhəddə, Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücuma keçməsinin davamı kimi qiymətləndirilə bilər.
O bildirib ki, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən neft-qaz kəmərləri, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturu və hava dəhlizi məhz bu regionun yaxınlığından keçir. NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz edir.
Səfir son hücumlar zamanı Ermənistanın mülki əhalinin yaşadığı yerləri artilleriya atəşinə tutması, dinc əhalini hədəf almasının təsadüfi olmadığını bildirərək, Ermənistan silahlı qüvvələrinin 1990-cı ilin əvvəllərində də total etnik təmizləmə həyata keçirmək məqsədilə məhz bu üsuldan istifadə etdiyini xatırladıb.
E. Süleymanov hazırda hərbi əməliyyatların Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində həyata keçirildiyini, Ermənistanın bu əraziləri işğal edərək regionda etnik təmizləmə apardığını qeyd edib. Onun sözlərinə görə beynəlxalq hüquqa əsaslanan həll yolu dayanıqlı sülhün bərqərar olması ilə nəticələnəcək. Bu, Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsiz şəraitdə birgə yaşamasına imkan yaradacaq. Bundan başqa, dayanıqlı sülh regionun bütün potensialından istifadə olunmasına kömək edəcək, Ermənistanın xarici asılılıqdan qurtularaq, region ölkələri ilə inteqrasiya etməsinə şərait yaradacaq.
Səfir bildirib ki, tərəflər arasında dayanıqlı atəşkəsin əldə edilməsi üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə əməl edərək, öz silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını təmin etməlidir.
Rusiya və Ermənistan müttəfiqliyi barədə sualı cavablandıran səfir qeyd edib ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Həmçinin Ermənistan Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın münaqişəyə birbaşa cəlb olunmasına ümid edərək, ölkəmizi təxribatlara təhrik etməyə çalışır. Səfir Türkiyənin bu münaqişəyə tərəf olmadığını, ölkəmizə yalnız diplomatik dəstək verdiyini də diqqətə çatdırıb.
ABŞ-ın proseslərdə iştirakı məsələsinə toxunan səfir bildirib ki, ABŞ Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür: “Bu səbəbdən Vaşinqton hər iki beynəlxalq təşkilatın qərarlarının icra edilməsində, sülh planının həyata keçirilməsində maraqlı olmalıdır.
Bu gün ABŞ atəşkəs üçün və mülki əhalinin qorunmasına israrlı çağırışlar edir. Eyni zamanda sülhün bərqərar olması üçün onun daha fəal addımlarına ehtiyac duyulur. ABŞ ilk növbədə Ermənistanı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində hərbi əməliyyatların dayandırılmasının, silahlı qüvvələrini işğal altındakı ərazilərdən çıxarmasının vacibliyinə inandırmalıdır”.
Müsahibənin tam versiyası ilə https://www.washingtontimes.com/news/2020/oct/7/elin-suleymanov-azerbaijan-envoy-says-big-powers-m/ internet səhifəsində tanış olmaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi