Fransanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb
08-10-2020 [23:12]
Oktyabrın 8-də Səfir Polad Bülbüloğlu Fransa Respublikasının Rusiya Federasiyasındakı Səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün ilk növbədə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmasının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb.
O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında olduqca ətraflı məlumat verib. Azərbaycanın Səfiri münaqişənin nizamlanması həvalə edilən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, BMT TŞ-nin məlum qətnamələri, ATƏT-in Lissabon Zirvə Görüşü çərçivəsində qəbul edilmiş Yekun sənədin mahiyyəti, danışıqlar prosesində həmsədrlərin iştirakı ilə ortaya qoyulan Madrid prinsipləri, Mayendorf Bəyannaməsi və bu kontekstdə bir sıra digər sənəd və bəyanatlara toxunaraq, onların mövcud olan status-kvonun qəbuledilməzliyi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının münaqişənin həllinin əsasını təşkil etdiyini vurğulayıb.
Bununla yanaşı, Polad Bülbüloğlu Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasətinin davam etməsi, Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməsi və ümumilikdə danışıqların mahiyyətini tam şəkildə pozaraq onu mənasız etməsi kimi addımlarının bugünkü yaranmış vəziyyətə gətirib çıxardığını söyləyib.
Fransanın Səfiri ölkəsinin münaqişənin sülh yollu ilə həllinin tərəfdarı olduğunu və hazırki qarşıdurmanın tezliklə dayandırılmasının vacibliyini qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.
Eyni zamanda Səfir Polad Bülbüloğlu Azərbaycanın uzun müddət ərzində danışıqlar apardığını, daim konstruktiv mövqedən çıxış etdiyini, səbir və təmkinlə ədalətli qərarın qəbul edilməsini gözlədiyini və ölkəmizin ərazi bütövlüyünün heç bir zaman müzakirə predmeti olmadığını xüsusilə diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq ictimaiyyətə separatçılıqla mübarizədə səylərinin birləşdirilməsinə daim çağırış etdiyini söyləyib.
Həmçinin Polad Bülbüloğlu bildirib ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatları, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub.
Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirən ölkəmizin 50 siyasi partiyasının imzaladığı Bəyanatı fransalı həmkarına təqdim edib . Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla Azərbaycanın bütün siyasi qüvvələri birləşib Fransa Prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.
Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılmasının mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk Qrupuna daxil olan ölkələrin buna qarant çıxmasında gördüyünü bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi