Vüqar Rəhimzadə: "Milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığıdır"
08-10-2020 [20:10]
“Son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Ölkəmizin iqtisadi imkanları genişlənib, sosial sahədə inqilabi qərarlar qəbul olunub ki, bu da vətəndaşların həyat şəraitimiz əsaslı şəkildə yüksəlməsinə imkan verib”.
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda siyasi, iqtisadi islahatlar paralel şəkildə aparılır və həm konseptual, həm də struktur xarakteri daşıyır. Əlbəttə ki, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır: “Ötən ildən başlayaraq dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edirdi. Hakimiyyətin hər üç qolunda – qanunvericilik, icra və məhkəmə-hüquq sistemlərində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirirdi. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirmək idi. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində isə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verirdi. Artıq bu gün sözügedən şöbənin səmərəli fəaliyyəti nəticəsində ümummilli məsələlərdə siyasi birlik mühiti formalaşıb. Ölkəmizdə demokratik təsisatlar möhkəmləndirilir, siyasi plüralizm və çoxpartiyalı demokratik siyasi sistem inkişaf etdirilir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb və siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti bərqərar olub. Təsadüfi deyildir ki, 27 sentyabr tarixində Ermənistan hərbi birləşmələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından sonra 51 siyasi partiya orduya və Ali Baş Komandana dəstək bəyanatı imzaladılar”.
Vüqar Rəhimzadə əlavə edib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ilk dəfə olaraq 51 partiya vahid təşəbbüslə çıxış etdi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda titanik fəaliyyətini birmənalı dəstəklədi, dövlətimizin başçısının haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etdi: "Bütün bunlar da onu göstərir ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirirlər. Artıq milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığına çevrilib".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi