Birinci Vitse-Prezidentin köməkçisi: "Bakı danışıqlara qayıda bilər, lakin..."
08-10-2020 [18:36]
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin “La Liberte” qəzetinə müsahibə verib.
"La Liberte” qəzetinin 8 oktyabr buraxılışında nəşr edilmiş bu məqalədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanı təxribatlarda günahlandıraraq vurğulayır ki, Azərbaycan ərazisində yerləşən mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəklində pozur və müharibə cinayətləri törədir: "Paşinyanın bu təxribatlarının məqsədi isə Rusiyanı bu münaqişəyə cəlb etməkdir".
Daha sonra qəzetdə E.Əmirbəyova istinadən bildirilir ki, Azərbaycan Türkiyənin hərbi yardımını almır və ona buna ehtiyacı yoxdur: "Təxminən son 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-a münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik fəaliyyətini həyata keçiriblər, lakin əfsuslar olsun ki, bu günədək bu münaqişə həll edilməmiş və buna görə də vasitəçi olan həmsədr ölkələr də məsuliyyət daşıyır. Belə ki, 1990-cı illərin əvvəllərindən başlayaraq vasitəçi olan həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi Ermənistanda cəzasızlıq hissi yaratmışdır".
Birinci vitse-prezidentinin köməkçisinin fikrincə, atəşkəs özü özlüyündə münaqişənin həlli demək deyil, münaqişə köklü şəkildə həll edilmədən atəşkəs çox davam edə bilməz: "Azərbaycan israr edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsasən erməni hərbi qüvvələri ölkəmizin bütün işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Azərbaycan oradakı yerli erməni mülki əhalini öz vətəndaşları hesab edir və onların təhlükəsizliyini təmin etməyə hazırdır".
Daha sonra E. Əmirbəyov bildirir ki, münaqişənin mürəkkəbliyini nəzərə alaraq deyilən məsələlər iki gün ərzində həll edilə bilməz: "Bunlar üçün müəyyən vaxt və mərhələli yanaşma tələb edilir və bununla əlaqədar ATƏT-in Minsk Qrupunun bir neçə təkliflərini Yerevan rədd edib, hər səfər danışıqlarda müəyyən irəliləyiş hiss ediləndə, Ermənistan yeni bir bəhanə ilə substantiv danışıqlardan boyun qaçırır".
E. Əmirbəyovun fikrincə, N.Paşinyanın danışıqları pozmasından sonra onun məsuliyyətli danışıqlar tərəfdaşı olması suallar doğurur və bu amil ciddi maneədir: "Bakı danışıqlara qayıda bilər, lakin biz əmin olmalıyıq ki, Ermənistan işğaldan əl çəkib öz qoşunlarını ərazilərimizdən qeyd-şərtsiz qaydada çıxarmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi