Zakir Həsənov daha bir generalı "vurdu", nazirlikdə yeni təyinatlar da aparılıb - Siyahı

img

13-11-2013 [11:23]


Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsində çağırış mətəqəsində çalışan polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilib.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov özünün facebook hesabında yazıb. Bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi.

Bundan başqa, Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib.

Buna qədər isə, adı çəkilən zabit C.Naxçıvanski adına Hərbi Litseydə xidmət keçib. Yeri gəlmişkən, R. Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfael Rzayevin Binə Aeroportunda köməkçisi işləyib.

Bu arada Zakir Həsənovun daha bir generalı işdən uzaqlaşdırdığı xəbəri də yayılıb. Məlumata görə, Zakir Həsənovun əmri ilə Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılaraq sərəncama göndərilib. 

R.Cəfərov ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA