UEFA erməni futbolçunun təxribatçı paylaşımını sildirdi - AFFA-nın müraciəti əsasında
08-10-2020 [14:38]
İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan bir neçə gün öncə "Twitter"dəki paylaşımı ilə diqqət çəkib.
Belə ki, M.Mxitaryan Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib. UEFA əməkdaşının belə yanaşması, ən azı, Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır. Beynəlxalq futbol təşkilatının hər bir üzvünün hər hansı münaqişə barədə fikir bildirərkən öz neytrallığını qorumaq öhdəliyi olmalıdır.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Report"a açıqlamasında məsələdən məlumatlı olduqlarını bildirib: “Əlbəttə, xəbərimiz var. Tamamilə yalan, həqiqəti əks etdirməyən, subyektiv fikirlər paylaşan bu şəxslə bağlı dərhal UEFA-ya müvafiq qaydada rəsmi müraciət etdik. Bildirdik ki, Avropa futbol təşkilatında çalışan bir şəxsin bu cür qeyri-obyektiv, heç bir fakta əsaslanmayan, yalan və subyektiv paylaşımlar etməsi, yumşaq desək, qeyri-etikdir və mütləq buna münasibət bildirilməlidir. Əlbəttə, UEFA narahatlığımızı təbii qəbul etdi və müraciətimiz əsasında dərhal daxili araşdırma başlandı. Araşdırmanın nəticəsi barədə bizə hələlik rəsmi məlumat verilməsə də, Monika Mxitaryanın sosial şəbəkə hesabında həmin paylaşımların artıq olmaması belə qənaətə gəlməyə əsas verir ki, o, yazdıqlarının yalan və əsassız olmasını qəbul edərək onları silib”.
E.Məmmədovla söhbətdən sonra M.Mxitaryanın səhifəsinə göz gəzdirdikdə həqiqətən də həmin paylaşımlar artıq silindiyinə əmin olduq. Göründüyü kimi, ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqət qarşısında bütün sahələrdə acizdir – istər hərb meydanında, istər diplomatiyada, istərsə də sosial mediada...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi