Türkiyəli hərbi ekspert: "Ermənistan bu dəfə qurduğu tələyə özü düşüb”
08-10-2020 [13:27]
“Azərbaycan Ordusunun haqlı mübarizəsində tam zəfər çalacağına inanıram”.
Bunu türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Azərbaycan Ordusunun gücü, qətiyyəti, şücaəti və ruh yüksəkliyi bunu deməyə əsas verir: “Azərbaycanın daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib əhəmiyyət daşıyır. Müharibə şəraitində haqsız tərəf olan Ermənistan gücü çatdığı qədər hər cür hiyləyə əl atır. Əslində Ermənistan bunu 90-cı illərdə də edib. Ermənistan Dağlıq Qarabağ və ətraf əraziləri mütəmadi olaraq atəşə tutub, qırğınlar törətməklə öz istəyinə nail oldu. Hazırda Ermənistan ordusu azərbaycanlı mülki əhalinin yaşadığı ərazilərə raket zərbələri endirir. Bununla onlar həm də Azərbaycanın guya şəhər və rayonlarını müdafiə edə bilmədiyi görüntüsü yaratmaq, ölkə daxilində qarışıqlıq və təxribat törətmək istəyirlər. Ermənistan bu dəfə qurduğu tələyə özü düşüb”.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İraq və Suriyadan gətirilmiş PKK terrorçularının Azərbaycana qarşı döyüşdüyünə dair faktları açıqladığını xatırladan A. Ağar deyib ki, arxa cəbhənin təhlükəsizliyini təmin etmək, xalqda qələbəyə olan inamı daha da artırmaq üçün güclü təbliğat-təşviqat işlərinin aparılması son dərəcə vacibdir: "Xüsusilə Bakı, Gəncə və digər böyük şəhərlərin, eyni zamanda strateji obyektlərin, neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin gücləndirilməsi çox önəmlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun işğal altındakı əraziləri tam şəkildə azad etməsi vacib faktorlardan asılı olaraq, uzun və ya qısa müddətə mümkündür.
Azərbaycan Ordusunun strateji xəttini diqqətlə izlədiyini vurğulayan A. Ağarın sözlərinə görə, bu strategiyada ən böyük uğur vacib yüksəklikləri ələ keçirməkdir ki, Azərbaycan Silahlı Qüvvələri bunun bir qisminə nail olub: “Önəmlisi odur ki, mühüm yüksəkliklər azad edilib. Bəzən sürətlə irəliləmək, bəzən təmkinli və yavaş davranmaq ordunun özünəməxsus taktikasıdır. Azərbaycan Ordusu doğru yoldadır”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi