MN-dən cəbhədəki vəzyyətlə bağlı yeni açıqlama: “Düşmən tərəfdən ciddi itkilər var”

img

07-10-2020 [19:41]


“Ötən müddət ərzində bütün cəbhə boyu döyüşlər davam edib. Ordumuz əldə edilən nailiyyətləri genişləndirmək məqsədilə əraziləri düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edir, yeni dayaq nöqtələrini ələ keçirir”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, qarşılıqlı artilleriya atəşləri də müşahidə olunur: “Düşmən tərəfdən ciddi itkilər var. Düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq sahəsində də problemlər var. Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində məğlub vəziyyətə düşən erməni tərəfinin rəsmiləri ziddiyyətli açıqlamalar verir. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilir. Qələbə bizimlədir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA