Əli Əsədov vətəndaşlara müraciət etdi - MƏTN
07-10-2020 [18:30]
Baş Nazir Əli Əsədov vətəndaşlara müraciət edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a daxil olan müraciətdə deyilir:
"Məlum olduğu kimi, 27 sentyabr tarixində Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atmışdır. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu təcavüzə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
Sentyabrın 28-dən başlayaraq ölkənin bir neçə regionunda hərbi vəziyyət və komendant saatı elan edildi.
Düşmən qadağan edilmiş üsullardan istifadə edərək hərbi cinayətlərə əl atır, dinc əhalini hədəfə alır, münaqişə zonasından uzaq olan şəhər və rayonlarımızı raket atəşinə tutur.
Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu uğurla irəliyə gedir. Şanlı Ordumuzun apardığı əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasına başlanıb.
Bütün Azərbaycan xalqı Ordumuza dəstək nümayiş etdirir və bu uğurlara sevinir. Biz hamımız, bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişik və işğal olunan torpaqlarımızın azad olunacağına tam əminik.
Xalqımız cəbhədən gələn qələbə xəbərlərini çox böyük coşqu və fərəh hissi ilə qarşılayır, şanlı Ordumuza dəstək vermək, sevinclərini bir-biriləri ilə bölüşmək üçün insanlar bir yerə toplaşırlar. Təbii ki, bu, başa düşüləndir.
Operativ Qərargah adından vətəndaşlarımıza müraciət edərək bildirirəm ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi davam edir.
Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması isə müşahidə olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər. Məlum olduğu kimi, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər. Bu, bizi daha ehtiyatlı olmağa sövq edir.
İndiyədək vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi şəkildə riayət ediblər və bunun nəticəsində xəstəlik hal-hazırda nəzarət altındadır. İndiyə qədər pandemiya ilə mübarizədə qazandığımız nailiyyətləri itirməmək üçün karantin rejiminin qaydalarına əməl olunması zəruridir. Eyni zamanda, dövlətimiz, xalqımız və milli təhlükəsizliyimiz üçün belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması virusla mübarizədən daha böyük əhəmiyyətə malikdir. Bu işdə hər bir vətəndaşımızın töhfəsi təqdirəlayiqdir.
Bununla belə xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinin nəzərinə çatdırırıq ki, karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər.
Belə bir mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsi olduqca vacibdir.
Odur ki, hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi