Əli Əhmədovun deputat mandatı ləğv olundu

img

12-11-2013 [17:17]


Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MİA-nın APA-ya istinadən məlumatına görə, iclasın gündəliyinə MSK-nın 16 oktyabr və 17 oktyabr tarixli iclas protokollarının təsdiq edilməsi, IV çağırış Milli Məclisin deputatı Əli Əhmədovun səlahiyyətlərinə xitam verilməsi, 14 saylı Xəzər Seçki Dairə Komissiyasının tərkibində dəyişiklik edilməsi, MSK-ya daxil olmuş müraciətə baxılması məsələləri daxil edilib.

İclası açan MSK sədri Məzahir Pənahov 12 noyabr Konstitusiya Günü barədə danışıb, təbrikini çatdırıb. Daha sonra Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, Əli Əhmədov Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA