“Sınıq körpü”də etiraz aksiyası

img

12-11-2013 [15:32]


Azərbaycan - Gürcüstan sərhəddindəki "Sınıq körpü” buraxılış məntəqəsində baş verən qanunsuzluqlara etiraz əlaməti olaraq ötən gecə etiraz aksiyası keçirilib.

Bu barədə Modern.az-a hadisənin şahidi, Türkiyədən qayıdan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, onun da içərisində olduğu "Öz Nuhoğlu" şirkətinə məxsus avtobus gecə saat 12:00-da "Sınıq körpü" keçid məntəqəsinə daxil olsa da, heç bir səbəb göstərmədən nəqliyyat vasitəsini 3 saat sərhəddə saxlayıblar.

Bu qanunsuzluğa etiraz edən sərnişinlər saat 3.00-da avtobusdan düşüb yolu bağlayaraq, avtomobillərin hərəkətinə imkan verməyiblər. Yağışlı havaya baxmayan sərnişinlər tələblərinin yerinə yetirilməsində israr ediblər.

Bundan sonra Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları etiraz aksiyası keçirən sərnişinlərlə danışıqlar aparıblar.

Təxminən yarım saat davam edən aksiya nəticəsində sərnişinlərin tələbi yerinə yetirilib.

"Öz Nuhoğlu" şirkətinə məxsus avtobusun Azərbaycan ərazisinə keçməsinə icazə veriləndən sonra sərnişinlər yolu açaraq, digər avtomobillərin hərəkətinə imkan yaradıblar.

S.Verdizadə onu da deyib ki, Azərbaycan-Gürcüstan sərhəddində yerləşən "Sınıq körpü" keçid məntəqəsində baş verən qanunsuzluqlarla bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə müraciət etməyə hazırlaşır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA