"Bu, Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir" - MN-dən düşmənə xəbərdarlıq
06-10-2020 [20:09]
"Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində düşmənin zirehli texnikaları, əlavə təminat vasitələri məhv edilib”.
Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır: “Ordumuzun qan təminatı sahəsində hər hansı problem yoxdur. Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Əhali Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.
A. Eyvazov Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb: “Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib. Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.
Mətbuat katibi qeyd edib ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib: “Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.
Anar Eyvazov bildirib ki, Azərbaycan hərbi qulluqçularına döyüşün qızğın vaxtında belə döyüşdə iştirak etməyənlərə qarşı necə davranmalı olduqları təlimlərdə aşılanıb.
A. Eyvazov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə əməkdaşlıq şəraitində müntəzəm olaraq hərbi qulluqçularımıza mülki əhali və əsirlərlə bağlı davranış normaları ilə bağlı məlumatlar təlimlərdə müntəzəm olaraq çatdırılıb: “Azərbaycan Ordusunun hədəfi yalnız Ermənistan silahlı qüvvələrinə məxsus legitim hərbi hədəflərdir”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi