Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibinə müraciət etdi
06-10-2020 [18:02]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətə səbəb “Amnesty İnternational” təşkilatının veb-saytında 5 oktyabr 2020-ci il tarixdə “Ermənistan - Azərbaycan: mülki şəxslər qadağan edilmiş “claster” bombaların istifadəsindən qorunmalıdır” adlı dərc edilmiş məqalədə bir sıra faktların təhrif edilməsi olub.
Müraciətdə qeyd olunub ki, 27 sentyabr tarixdən etibarən Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat həyata keçirərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və mövqelərini atəşə tutub, nəticədə mülki insanlar və hərbi qulluqçularımız arasında ölən və yaralananlar var, dinc mülki əhalinin kompakt yaşadığı məntəqələr, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb müəssisələri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəfə alınır, bu da bir daha Ermənistan rəhbərliyinin dövlət səviyyəsindəki terror siyasətinə sadiq olduğunu göstərir.
Diqqətə çatdırılıb ki, 27.09.2020-ci il tarixdən başlayan erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmaqla, döyüş bölgəsindən xeyli uzaqda yerləşən müxtəlif şəhər və rayonlarımızda dinc mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub. Belə ki, 500 mindən artıq əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub.
04.10.2020-ci il tarixdə Ermənistan tərəfindən növbəti təxribat törədilərək döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.
Qeyd edilib ki, mütəxəssislərimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə etməsi müəyyən edilib. Bunu sübut edən foto və videolar da müraciətə əlavə edilib.
Bu məlumatlar “Amnesty İnternational” təşkilatının rəhbərinin diqqətinə çatdırılmaqla rəsmi veb-saytda yerləşdirilməsi və bu həssas məsələdə obyektiv və qərəzsiz mövqe tutulması xahiş edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi