Mətbuat Şurası xarici media qurumlarına müraciət edib
05-10-2020 [19:26]
Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət edib.
MŞ-dən Mia.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin törətdikləri hərbi təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatına qərar vermiş, Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməyə başlayıb.
Təəssüf hissi ilə bildiririk ki, Ermənistan 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı ilə beynəlxalq hüququ necə pozmuşdursa, bu gün müharibə şəraitinin tənzimlənməsinə dair beynəlxalq hüququn norma və prinsiplərini də eyni kobudluqla pozur. İşğalçı ölkənin hərbi birləşmələri Azərbaycanın mülki əhalisi ilə yanaşı, bölgədə peşə fəaliyyətini həyata keçirən media təmsilçilərini də hədəfə alır, atəş açır, onların operativ, reallığı əks etdirən obyektiv materiallar hazırlamasına maneçilik törədir, həm Azərbaycan, həm də dünya ictimaiyyətinin gerçəkliklərdən xəbərdar olmasının qarşısını alır”.
Müraciətdə xatırladılır ki, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycanın İctimai Televiziyasının (İTV) əməkdaşları Tərtər rayonu ərazisində Ermənistan silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Nəticəsə şirkətə məxsus avtomobil yararsız hala düşüb, TV əməkdaşları yalnız möcüzə nəticəsində sağ qalıblar: “Ermənistan silahlı birləşmələri 30 sentyabr 2020-ci il tarixdə də eyni hərəkətlərini davam etdiriblər. Belə ki, həmin gün Azərbaycan Dövlət Televiziyasının (AzTV) Bərdə-Tərtər rayonları üzrə əməkdaşı Elnur Ələkbərov, onun sürücüsü və operatoru, həmçinin telekanalın Füzuli rayonu üzrə əməkdaşı Vüsal Qaraca, onun operatoru və sürücüsü atəşə məruz qalıb. Silahlı hücumla üzləşmiş jurnalistlərin üzərində “PRESS” yazılmış gödəkçələri, tanınma nişanları olub. Onların istifadə etdikləri avtomobillər də kütləvi informasiya vasitələrinin loqolorı ilə nişanlanıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, jurnalistlərin atəşə tutulması məqsədli təxribat xarakteri daşıyıb. Ümumən hazırda Ermənistan Silahlı Qüvvələrinin media nümayəndələrini və dinc əhalini atəşə tutması adi hal alıb”.
Mətbuat Şurası onu da bildirir ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti məhz media müstəvisində çaşdırmağa yönələn cəhdlər göstərilməkdədir. İşğalçı ölkə bəzi transmilli media orqanlarının əməkdaşlarını bölgəyə gətirir, ancaq onların təhlükəsizliklərini təmin etmir: “Fransanın “Le Monde” qəzetinin əməkdaşları ilə bağlı yaranmış insident bunun əyani sübutudur.
Azərbaycan Mətbuat Şurası bildirir ki, Ermənistanın media müstəvisində manipulyasiyalar törətməsi, azərbaycanlı jurnalistlərə qarşı qaydasız davranması Cenevrə Konvensiyasının müvafiq müddəalarının, BMT Təhlükəsizlik Şurasının 1738 (2006) həmçinin, 2222 (2015) saylı qətnamələrinin tələblərinə ciddi sayğısızlıqdır.
Əminik ki, sizlər dünyanın mütərəqqi aparıcı institutları olaraq Ermənistan hakimiyyətinin və Silahlı Qüvvələrinin hərəkətlərinə biganə qalmayacaqsınız.
Sizləri müvafiq təsiredici tədbirlər görməyə, beynəlxalq jurnalist ictimaiyyətinin diqqətini vurğuladığımız məqamlara çəkməyə çağırırıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi