Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət ünvanlayıb
05-10-2020 [16:22]
Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət ünvanlayıb.
Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından Mia.az-a bildirilib ki, müraciətdə 30 ildən artıqdır Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktının davam etdiyi vurğulanıb.
Qeyd olunur ki, erməni faşizminin işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar darmadağın edilib, 1 milyonadək dinc əhali öz dədə-baba yurdlarından didərgin düşüb: “Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji; 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 muzey, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri məhv edilib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini davam etdirir”.
Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi sayılan, bütün dünyada məşhur olan bir sıra görkəmli musiqiçilərimizin - dahi Üzeyir Hacıbəyovun, Niyazinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və başqalarının doğulub boya-başa çatdığı qədim Şuşa şəhəri 30 ildir düşmən tapdağı altındadır: “Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etmək üçün haqq mübarizəsinə qalxıb. Azərbaycan bəstəkarları da daima bu mübarizədə fəal iştirak edərək, Vətənin azadlıq mübarizəsinə, Qarabağa həsr olunmuş müxtəlif janrlı əsərlər yaradıblar. Qocaman bəstəkarlardan tutmuş ən gənc bəstəkarlaradək Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri - o cümlədən, tanınmış bəstəkarlar Polad Bülbüloğlu, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Azad Zahid, Elza Seyidcahan, Vüqar Camalzadə, habelə gənc bəstəkarlar Tural Məmmədli, İlahə İsrafilova, Fərid Fətullayev və başqaları vətənpərvərlik mövzusunda mahnılar, marşlar yazıblar və bu gün da yazmaqdadırlar. Bu əsərlər dərhal televiziya və radio kanallarında səsləndirilir, kliplər nümayiş etdirilir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə vurğuladığı “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadələri bütün dünyaya bəyan edilməlidir.
Biz Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, bu bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun havadarlarını lənətləyir, beynəlxalq ictimaiyyətə, xüsusilə, bütün dünya musiqiçilərinə müraciət edərək, Azərbaycanın haqq işinə fəal dəstək olmağa, səsimizə səs verməyə çağırırıq!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi