Kamran Əliyev erməni təxribatı ilə bağlı bu ölkələrin Baş prokuror və Ədliyyə nazirlərinə rəsmi müraciət etdi - SİYAHI
05-10-2020 [12:19]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 4 oktyabr 2020-ci il tarixdə ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransa ədliyyə nazirlərinə rəsmi müraciət edib.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının sübutu olaraq bu ilin sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulub, 04 oktyabr 2020-ci il tarixdən başlayaraq döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, o cümlədən strateji senəye əhəmiyyəti daşıyan Beyləqan və Mingəçevir şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutulmuş, nəticədə ölən və yaralananlar var.
Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirlərinin görülməsi nəticəsində erməni silahlı qüvvələrinin öz mövqelərini itirmələri səbindən, yeni canlı qüvvə toplamaq məqsədi ilə Ermənistan xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırıb.
Kütləvi informasiya vasitələrində təxminən 1000-ə yaxın etnik ermənilərin Azərbaycan Respublikasının ərazisinə gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb.
Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsində “xarici terrorçu döyüşçülər” termini ilə digər ölkələrdə terror aktlarının təşkilində, həyata keçirilməsində iştirak edən şəxslər müəyyən ediliblər.
Xarici dövlətlər nəzərə almalıdırlar ki, bu kimi “erməni könüllüləri” döyüş bacarıqlarını əldə etdikdən sonra yaşadıqları dövlətlər üçün real təhlükə mənbəyinə çevrilə bilərlər.
Həmçinin müraciətdə qeyd olunan ölkələrdə çoxsaylı erməni diasporasının mövcud olmasını, həmin diasporanın nümayəndələri tərəfindən “erməni könüllülərinin” daşınmasının təşkil edilməsi nəzərə alınmaqla ölkə vətəndaşlarının kütləvi şəkildə Ermənistan Respublikasını ziyarət etmələrinə xüsusi diqqət yetirilməsi, eyni zamanda xarici ölkələrin ərazisindən terroristlərin Azərbaycan Respublikasına daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi