Azərbaycan-İran sərhəddində vəziyyət yenidən gərginləşib

img

11-11-2013 [17:45]


Hazırda Azərbaycanla İran sərhəddi arasında, Biləsuvar Sərhəd Keçid Məntəqəsində vəziyyət daha da gərginləşib.

MİA-nın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, keçid məntəqəsinin avtomobil dayanacağında yük avtomobillərinin sayı pik həddə çatıb. Hətta vəziyyət o həddə çatıb ki, əraziyə gələn yeni yük avtomobilləri üçün yer yoxdur.

Məsələ ilə bağlı Azərbaycan sərhədçiləri iranlı həmkarları ilə ikinci dəfə görüşüblər. Hələlik görüşün nəticələri barədə məlumat verilmir.

Qeyd eədk ki, səhər saatlarında Azərbaycan vətəndaşları gözləmədən sərhəddən keçiblər. 5 gündür ki, Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində hərəkətsiz halda dayanmış yük avtomobilərində artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri sıradan çıxır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA