Azərbaycanın Meksikadakı səfiri “Canal Once” və “ABC”yə Ermənistanın təxribatları barədə geniş məlumatlar verib
05-10-2020 [11:08]
Meksikanın çoxmilyonlu izləyici kütləsinə malik “Canal Once” dövlət telekanalında və nüfuzlu “ABC” radiosunda bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz aktı ilə bağlı xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçi Federiko Lamonta verdiyi müsahibələr efirə gedib.
Mia.az xəbər verir ki, müsahibələrdə ilk olaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan M.Talıbov, 30 ilə yaxındır Dağlıq Qarabağ ərazisi və 7 ətraf rayonu işğal altında saxlayan, bu ərazilərdə etnik təmizləmə apararaq orada yaşayan 1 milyona yaxın insanı öz doğma torpaqlarından qovmuş Ermənistanın növbəti dəfə Azərbaycana qarşı hərbi təcavüzə əl atdığını, bu xüsusda 27 sentyabr tarixindən başlayaraq atəşkəs rejimini kobud şəkildə pozaraq iri ölçülü artilleriya qurğularından bütün təmas xətti boyu ordumuzun mövqelərini atəşə tutduğu, habelə beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ kəskin şəkildə pozaraq dinc əhalini və mülkü infrastrukturu hədəfə aldığını, nəticədə əhali arasında iki nəfər azyaşlı uşaq da daxil olmaqla onlarla ölü və yaralıların olduğu bildirib.
Azərbaycanın BMT Nizamnaməsi çərçivəsində öz ərazilərini azad etmək və əhalisinin təhlükəsizliyini təmin etmək hüququ olduğunu deyən M.Talıbov, hazırda silahlı qüvvələrimizin bu məqsədlə əks hücum əməliyyatları həyata keçirdiyini qeyd edib.
Şərhçinin suallarına cavab olaraq, BMT Təhlüksəzilik Şurasının 26 ildən sonra ilk dəfə bu münaqişəni müzakirə etmək üçün bağlı qapılar arxasında toplantı keçirdiyini deyən səfir, qurumun münaqişə ilə bağlı 1993-cü ildə qəbul edilmiş dörd məlum qətnaməsini qeyd edərək, bu sənədlərin Ermənistanın işğalçı qüvvələrinin bütün Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkünlərin öz evlərinə qaytarılmasını tələb etdiyini və hazırda Şuranın bu qətnamələrin tətbiq edilməsi üçün tədbirlər görməli olduğunu söyləyib.
Sonra M.Talıbov Ermənistanın hərbi-siyasi rəhbərliyinin son 2 il ərzində aqqresivliyinin daha da artdığını, bu ölkənin Baş nazirinin anneksionist çıxışları və “yeni müharibələr, yeni ərazilər” siyasəti, Ermənistanın iyul ayında Tovuz rayonu istiqamətindəki hərbi təxribatı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti, Baş nazirin öz ailə üzvlərini işğal olunmuş ərazilərdə hərbi təlimlərə göndərərək bunu ictimailəşdirməsi ilə, habelə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların format və mahiyyətini dəyişməyə cəhd etməklə onu iflic vəziyyətə saldığını bildirib. Bütün qeyd olunanların Ermənistanın yeni müharibəyə kökləndiyinin sübutu olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzə hazırlaşdığına dair dünya ictimaiyyətini öncədən xəbərdarlıq etdiyini deyib.
Sonda M.Talıbov beynəlxalq ictimiayyətin Ermənistandan təcavüzkar siyasətinə son qoymağı, Azərbaycan ərazilərini azad etməyi və regionda sülh və təhlükəsizliyin bərqərar olmasına mane olmaqdan əl çəkməyi tələb etməsinin vaxtı çatdığını vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi