Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
04-10-2020 [19:00]
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib.
Komitədən Mia.az-a bildirilib ki, müraciətdə bildirilib ki, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı geniş miqyaslı hərbi təxribatlara başlayıb.
Təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında itkilər var, yaşayış məntəqələrinə ciddi ziyan dəyib. İşğalçı qüvvələr Tərtər, Bərdə, Füzuli, Daşkəsən, Beyləqan, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Tovuz rayonlarında yaşayan mülki əhalini və obyektləri hədəfə alıb. Ermənistanın son hərbi təxribatları nəticəsində azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 24 nəfər həlak olub, 111 nəfər yaralanıb, 49 mülki obyektə və 248 yaşayış evinə ciddi zərər dəyib.
Nəzərə çatdırılıb ki, 4 oktyabr saat 10 radələrində isə düşmən Azərbaycanın Gəncə şəhərini artilleriya atəşinə tutub. İnsanların sıx yaşadığı əraziyə atılan mərmilərdən 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb, dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ciddi ziyan dəyib. Gəncə şəhərinin Ermənistan əraqzisindən atəşə tutulması açıq-aydın təxribatdır və münaqişə ərazisini genişləndirmək niyyəti daşıyır: "Əziz Azərbaycan diaspor nümayəndələri, Ali Baş Komandanın əmri ilə Azərbaycn ordusu Ermənistanın hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayıb, düşmənə layiqli cavab verilir və artıq bır sıra ərazilərimiz işğalçılardan təmizlənib. Vətənimiz üçün tarixi əhəmiyyət kəsb edən belə bir vaxtda birliyiniz və göstərdiyiniz mənəvi dəstək üçün hər birinizə təşəkkür edirik. Sizlər yaşadığınız ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlara həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə mənəvi dəstək olursunuz. Azərbaycan dövlətinə və ordusuna göstərdiyiniz mənəvi dəstəyi yüksək qiymətləndirir və qızğın informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün daha intensiv şəkildə davam etməyinizi tövsiyə edirik. Bunun üçün Facebook, Twitter, Telegram, İnstagram kimi sosial şəbəkə səhifələrindən çevik və aktiv istifadə zəruridir. Bütün lazımi informasiyaları Dövlət Komitəsinin rəsmi saytı www.diaspora.gov.az və sosial şəbəkə səhifələrindən (https://www.facebook.com/AzDiaspora, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/, https://t.me/AzerbaijaniDiaspora) əldə edə bilərsiz. Bu günlərdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılardan orduya dəstək və döyüşlərdə könüllü kimi iştirak etməklə bağlı çoxsaylı müraciətlər alırıq. Buna görə Sizə təşəkkür edirik. Şanlı Azərbaycan ordusu hər cür lazımi canlı qüvvəyə və maddi təminata malikdir. Ehtiyac yarandığı halda Sizlərə müraciət ediləcək".
Eyni zamanda Dövlət Komitəsi nəzərə çatdırır ki, xaricdə yaşayan insanların başqa ölkənin ərazisində hərbi əməliyyatlara və təlimlərə cəlb edilməsi beynəlxalq hüquq və normalara ziddir: "Bununla bağlı Azərbaycan Xarici İşlər nazirliyinin müvafiq açıqlaması olub. Əziz həmvətənlər, bir daha göstərdiyiniz dəstəyə görə Sizlərə təşəkkür edir, yaşadığınız ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq, Ali Baş Komandanımıza, dövlətimizə, ordumuza və xalqımıza mənəvi dəstəyinizi davam etdirməyə, beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün müasir informasiya mübarizəsində daha çevik olmağa çağırırıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi