Kamran Əliyev beynəlxalq təşkilatlara müraciət etdi - Ermənistanın təxribatı ilə bağlı
04-10-2020 [17:54]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.V.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidenti Çul-ku Vanq və baş katibi Han Moral, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Baş katibi Hadi Sulemanpur və Türk Şurasının Baş katibi Baqdad Amreyevə rəsmi müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlərdə bildirilib ki, 30 ildən artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonunun Ermənistan tərəfindən işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk edib, BMT Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsi bu günə qədər icra edilməyib.
Baş prokuror nəzərə çatdırıb ki, bu ilin sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla hücum edilib, dinc Azərbaycan əhalisinin sıx yaşadığı ərazilər ağır artilleriyadan atəşə tutularaq mülki əhali arasında xeyli sayda itkilərə səbəb olub. Hərbi aqressiyanın qarşısını almaq və dinc mülki əhalini müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirləri görülüb. Son iki gündə işğalçı ölkənin silahlı qüvvələrinin ikinci ən böyük şəhəri – münaqişə zonasından uzaqda olan Gəncə və Beyləqan şəhərlərinin raket və mərmilərlə atəşə tutulması nəticəsində 3 nəfər mülki şəxs həlak olub, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, çoxsaylı yaşayış evlərinə və şəhərin infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Həmin cinayət əməlləri barəsində “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə öncədən anons etmiş qanunsuz “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir: "Döyüş şəraitində mümkün olan bütün istintaq tədbirlərini həyata keçirən əməkdaşlarımız sırasında fəaliyyət göstərən Ozal Həsənov ağırdərəcəli bədən xəsarəti alması nəticəsində cərrahi müdaxiləyə zərurət yaranıb".
Müraciətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ərazisində yerləşən və böyük su hövzəsinin önündə dayanan Mingəçevir su elektrik stansiyasının dambasına zərbələrin endiriləcəyi barədə məlumatlar yayması onların əsl niyyətlərini açıq şəkildə nümayiş etdirib. Bu təhdidin həyata keçirilməsi kütləvi şəkildə insan tələfatı ilə nəticələnərək böyük faciəyə səbəb olacağı xüsusi olaraq vurğulanıb. Həmçinin mraciətdə qeyd olunub ki, Ermənistanın rəhbərliyi tərəfindən bu yaxınlarda elan olunmuş “yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinasına uyğun təcavüzkar siyasətin həyata keçirilməsi məqsədilə bir sıra digər ölkələrdən etnik erməni muzdlularının köçürülməsi yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik dəyişikliklərə yönəlmiş hərəkətləri Cenevrə Konvensiyasının aşkar şəkildə pozulmasıdır və müharibə cinayətidir. Müraciətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun beynəlxalq hüquq çərçivəsində həll olunacağına dair mövqeyi çatdırılmaqla, münaqişənin bu müstəvidə həll olunması üçün Ermənistana müvafiq üsul və vasitələri ilə təsir göstərilməsi xahiş edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi