İSESCO:"Uşaqlar üçün yaxşı yaşayış şəraiti yaratmalıyıq"

img

11-11-2013 [13:43]


"Şəhər və kəndlərdə yaşayan uşaqlar arasında nisbətlər artmaqda davam edir. "Xüsusi proqramlar, planlar ortaya qoymalıyıq ki, şəhərlə kəndlər arasında fərqlər aradan qaldırılsın və uşaqlar üçün yaxşı yaşayış şəraiti yaradaq”. Bu sözləri İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransında çıxışı zamanı deyib.

İSESCO-nun baş direktoru qeyd edib ki, Bakıda keçirilən bugünkü konfrans urbanizasiya problemləri və uşaqlara təsir baxımından mühüm bir çağırışdır: "Biz urbanizasiya məsələsini diqqətdə saxlayırıq. İnsanların məskunlaşmasında olan böyük problemlər gəlirlərdə, inkişafda da müəyyən fərqlər yaradır. Bu da birbaşa uşaqların səviyyəsinə, problemlərin yaranmasına gətirib çıxarır. Biz bu konfrans nəticəsində uşaqlarla bağlı bu problemlərin həlli üçün birgə yollar axtarıb tapmalıyıq. Bütün dövlətləri problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA