"Xarici ölkələrdən minlərlə erməni mənşəli şəxs döyüşlərə cəlb olunur" - Rəsmi Bakıdan bəyanat
03-10-2020 [16:48]
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atır.
XİN-dən Mia.az-a verilən məlumata görə, Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən açıq informasiya mənbələrində yer alan xəbərlərə görə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal olunmuş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir:
"Bir çox hallarda Ermənistan hökuməti və xaricdə fəaliyyət göstərən erməni diaspora təşkilatları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində davam edən hərbi əməliyyatlarda iştirak etmək məqsədilə erməni diaspora üzvlərinə Ermənistana təcili gəlmə çağırışları edilir, bu ölkələrdə Ermənistana bilet satışı və yığım məntəqələri təşkil olunur. Bundan əlavə, xeyriyyə cəmiyyətləri və ya qeyri-hökumət təşkilatları statusunda fəaliyyət göstərən bəzi erməni diaspora təşkilatları diaspora üzvlərindən maliyyə ianəsi və digər təchizat materialları toplayaraq Silahlı Qüvvələrimizə qarşı döyüşən silahlı birləşmələrə göndərir.
Nazirlik xatırladır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2178 (2014) saylı qətnaməsinə əsasən “yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslər” “əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilir.
Ermənistan və erməni diaspora təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətini həyata keçirdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.
Eyni zamanda, öz ərazilərində Ermənistanın Azərbaycan qarşı terror fəaliyyətlərinin təşkili və maliyyələşməsinə imkan yaradan dövlətlər üçün də beynəlxalq hüquq və bu dövlətlərin milli qanunvericiliklərinə müvafiq məsuliyyət təsbit edilmişdir.
BMT Nizamnaməsinə əsasən icrası məcburi xarakter daşıyan yuxarıda istinad edilən qətnamənin və BMT TŞ-nin 2396 (2017) saylı qətnaməsinin müvafiq operativ bəndlərinə əsasən BMT üzvü dövlətlər başqa ölkələrdə davam edən silahlı münaqişələrdə iştirak məqsədilə ərazilərini tərk edən vətəndaşlarına və ya ölkəsində qanuni əsasda yaşayan digər şəxslərin sərhədkeçmələrinin qarşısını almalı və onlara münasibətdə cinayət qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədbirləri görməlidirlər.
Mənşə ölkələri özlərinin qeyd edilən beynəlxalq və milli qanunvericilikdən irəli gələn öhdəliklərinə əlavə olaraq, həm də nəzərə almalıdırlar ki, onların vətəndaşları olan “Erməni terrorçu döyüşçülər” sonradan öz ölkələrinə qayıda biləcəkləri halda, terror təlimi görmüş potensial terrorçu olaraq, həmin cəmiyyətlərin təhlükəsizliyi üçün real təhdidə çevriləcəklər.
Bu xüsusda, Azərbaycan tərəfi bütün mənşə və tranzit dövlətlərdən öz vətəndaşlarının Ermənistana artan səfərlərinə xüsusi sayıqlıq nümayiş etdirməsini və sərhədlərdə müvafiq qabaqlayıcı sərhəd nəzarəti tədbirləri görməsini, eləcə də öz əraziləri daxilində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə və Azərbaycanın mülki əhalisinə qarşı terror fəaliyyətinə dəstək və belə fəaliyyətin maliyyələşdirilməsinə imkan verməməsini tələb edir.
Azərbaycan tərəfi həm ikitərəfli, həm də müvafiq beynəlxalq mexanizmlər çərçivəsində hüquqlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərində və özünün mülki əhalisinə qarşı terror fəaliyyətinin təşkili və maliyyələşdirilməsnin qarşısının alınması və günahkarların ədalət mühakiməsinə verilməsi üçün bütün addımlar atmaqda qətiyyətlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi