Azərbaycanda komitəyə gecə basqını oldu, avadanlıqlar ogurlandı

img

11-11-2013 [12:14]



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ofisi qarət edilib. Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun verdiyi məlumata görə, hadisə ötən axşam baş verib. Hüquq müdafiəçisi qarət zamanı ofisdən qiymətli əşyalar oğurlandığını deyib: "Bizim İdman Sarayının arxasında yardımçı tikilidə yerləşən ofisimizdə qarət hadisəsi baş verib. Otaqdan DVD, kompüter, qiymətli əşyalar oğurlanıb. Otağın divarını sökərək içəriyə daxil olublar. Dəhlizdə televizor var. Onu da aparmaq istəyiblər, lakin apara bilməyiblər. Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun yağlı boya ilə çəkdiyi rəsmləri isə aparmayıblar. Bilsəydilər o çəkib, yəqin aparardılar”.

E. Behbudov hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verdiyini bildirib: "Əməliyyat qrupu hadisə yerinə gəlir. Araşdırmalardan sonra ofisdən daha nələrin aparıldığı aydın olacaq”(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA