Ədalət hissini itirmiş Makronun terrorçu Ermənistana sevgisi... - Vüqar Rəhimzadədən açıqlamalar
02-10-2020 [16:16]
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cinayətkar əməlləri nəticəsində cəbhə boyu baş verən qanlı hadisələr bəraəti olmayan insidentdir. Bu hadisələr Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. İşğalçı dövlətin təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirdikdə hansı plan üzərində çalışdığını aydın görmək mümkündür. Düşmənin əsas məqsədlərindən biri danışıqlar prosesini pozmaq, münaqişənin həllini uzatmaqdır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması bir neçə yaşayış məntəqəsinin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Cəbhə xəttində şiddətli döyüşlər bu gün də davam edir. Azərbaycanın döyüş meydanında üstünlüyü işğalçı Ermənistanın, ona havadarlıq edən dövlətlərin, beynəlxalq təşkilatların narahatlığına səbəb olur. Artıq dünya bu reallığı qəbul etmək məcburiyyətindədir ki, kağız üzərində qalan bəyanatlarla Azərbaycan dövlətini, xalqını arxayın salmaq, bundan sonra hələ neçə illər də gözlətməyə vadar etmək mümkün deyil.»
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə diqqəti bu məqama yönəldib ki, möhtərəm Prezidentimiz İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında bildirmişdir ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.
«Dağlıq Qarabağın nəzərətsiz zona olduğu, bu ərazilərdə narkotik bitkilər yetişdirildiyi və əldə olunan vəsaitlərin terror təşkilatlarının fəaliyyətinə yönəldilməsi inkaredilməz faktlardır. Rəsmi Bakı bu faktları dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edib» söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, lakin beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etməyə adətkar olan dövlətlər, aparıcı beynəlxalq təşkilatlar ikili siyasətləri ucbatından belə çağırışları arxa plana keçirir, özlüyündə terroru dəstəkləməklə onun coğrafiyasının genişləndirilməsinə şərait yaradırlar: «Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edərək onları Azərbaycana qarşı istifadə etdiyini təsdiqləyən xeyli sayda faktlar mövcuddur. «Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir» deyən möhtərəm Prezidentimiz İlham Əliyev BMT-nin tribunasından işğalçı dövlətin Azərbaycana qarşı 30-dan artıq terror aktı törətdiyini bəyan edib. ASALA erməni terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Bu statistika da dünya dövlətlərinə çox yaxşı bəllidir ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetiriblər. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Təsadüfi deyil ki, günü bu gün də həmin cani, terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.»
Baş redaktor dünya mətbuatında da PKK muzdlularının Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşdüyünün faktlar əsasında sübuta yetirildiyini vurğulayıb. Bildirib ki, nüfuzlu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar tərəfindən PKK döyüşçülərinin Dağlıq Qarabağda məskunlaşdırılmasına göstərilən seyrçi münasibət birmənalı qarşılana bilməz. Məhz bu kimi laqeydliklərin, Ermənistan kimi təcavüzkar ölkəyə dəstəklərin nəticəsidir ki, dünya COVID-19-la birgə mübarizə apardığı bir zamanda işğalçı dövlət faşist siyasətini daha qabarıq şəkildə büruzə verir, təxribatlarını davam etdirir.
«Ermənistan artıq uzun illərdir ki, işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparır» söyləyən V.Rəhimzadə Azərbaycan dövlətinin bu faktın araşdırılması ilə bağlı BMT-yə müraciət etdiyini, bu addımın işğalçı Ermənistanda və onun havadarlarında böyük narazılıqlar yaratdığını xatırladıb: «Ermənistan və ona dəstək olan dövlətlər Azərbaycan dövlətinin bu təşəbbüsünü ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina kimi dəyərləndirərək ATƏT-in Faktaraşdırıcı Missiyasının yaradılmasını daha zəruri hesab etdilər. Həmin missiya tərəfindən işğal edilmiş ərazilərə iki dəfə təşkil olunan səfər bu məqamı təsdiqləsə də, hesabatda öz əksini tapmadı. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış hesabat gözlədiyi halda, onlar baş verənlərə heç bir reaksiya vermədilər. Bu gün də eyni vəziyyət yaşanmaqdadır.»
Sentyabrın 29-da BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclasının keçirildiyini önə çəkən baş redaktor bildirib ki, iclasın nəticəsi gözləniləndən fərqli oldu. Belə ki, yekun Bəyanatda qeyd edildi ki, Azərbaycan və Ermənistan arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə cəlb edilsin, danışıqlar davam etdirilsin: «Amma gözləntilər tamamilə başqa idi. Halbuki həmin qapalı iclasda BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin icra edilməməsi ilə bağlı işğalçı dövlətə sanksiya tətbiq edilə bilərdi. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüşdə də möhtərəm Prezidentimiz bu faktı BMT rəhbərinin diqqətinə çatdırmışdır ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllülər dəstələri yaradıb. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevə telefon zəngində də döyüşlərin dayandırılmasının, sülh danışıqlarının davam etdirilməsinin zəruriliyini bildirməsi bir çox məqamlara aydınlıq gətirir. Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. İşğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəflilik kimi dəyərləndirilir, amma fürsət düşən kimi həmsədrlər tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə olunur. Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin «özünəməxsus» prinsipləri mövcuddur. Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır. Məhz bu sevgi Fransanın heç bir araşdırma aparmadan qondarma «erməni soyqırımı»nı tanımasını şərtləndirib, hətta o, bu tələblə digər dövlətlərə də müraciət edib. Fransa Senatında qondarma «erməni soyqırımı» məsələsini tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması da bu ölkə rəhbərlərinin erməni sevgisinin göstəricilərindəndir. E.Makron prezident seçildikdən sonra 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü də elan edib.
Bütün bu addımlar fonunda dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər. Bu dəstəklərin acı nəticələrinin fərqində olmayan həmin dövlətlər heç olmasa nəhayət, dərk etməlidirlər ki, ədalət deyilən bir meyar var. Dövlətimizin başçısı İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşündəki nitqində söylədiyi bu fikirlər dünyanın bugünkü mənzərəsini təqdim edir: “Mən açıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir…İndiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin?»
V.Rəhimzadə bildirib ki, dünya ictimaiyyətinin rəsmi Bakı tərəfindən ünvanlanan bu suallara cavab vermək imkanının hansı səviyyədə olduğunu onların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri, bu günədək kağız uzərində qalan bəyanatlarının reallıqda öz əksini tapıb-tapmayacağında görmək olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi