Yeni nazirdən daha bir dəyişiklik, Zakir Həsənov baş redaktoru da yola saldı

img

11-11-2013 [12:33]


Yeni müdafiə naziri Zakir Həsənovun kadr islahatları davam edir. Bbu dəfə nazirliyin mətbu orqanı olan "Azərbaycan ordusu” qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, baş redaktor sayta açıqlamasında hazırda "Azərbaycan ordusu” qəzetində fəaliyyətinin davam etdirsə də, hospitaldadır və işdən azad olunacağı ilə bağlı ona heç bir məlumat verilməyib. 

Məsələ ilə bağlı Müdafiə Nazirlyinidən əldə etdiyimiz məlumata görə isə, İ.Rüstəmovun hospitalda müalicə kursu yaxın günlərdə başa çatacaq.

Məlumata görə bundan sonra İ.Rüstəmovun öz xahişi ilə işdən azad edilmək barədə ərizəsi alınacaq.

Artıq "Azərbaycan ordusu” qəzetinin baş redaktoru vəzifəsinə kimin təyin ediləcəyi də bəllidir.

Qeyd edək ki, İ.Rüstəmov baş redaktor vəzifəsinə 3 ay əvvəl təsdiqlənmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA