"Əgərlərimizlə qürur duyuruq, torpaqlarımız işğaldan azad ediləcək" - Prezidentin köməkçisindən xəbərdarlıq
02-10-2020 [15:00]
“Bu, Vətən müharibəsidir”.
Mia.az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O deyib ki, Azərbaycan xalqı dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq: “Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq”.
Prezidentin köməkçisinin sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir
H. Hacıyev deyib ki, 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub: “Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır, bildiyiniz kimi həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik. Biz əsgər və zabitlərimizlə qürur duyuruq”.
H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad ediləcək: “Erməni xalqı özünün qurban olduğunu başa düşərək, Ermənistandakı kriminal rejimdən qurtulmalıdır. "Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxslərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".
Onun sözlərinə görə, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün fotoşop və digər vasitələrlə saxta məlumatlar hazırlayır və yayır: "Bizim mülki insanlarla işimiz yoxdur. Ermənistan məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Azərbaycanın erməni xalqı ilə işi yoxdur".
H. Hacıyev deyib ki, son günlər xarici ölkələrdə, xüsusən Yunanıstanda olan erməni əslli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək döyüşəcəyi barədə məlumatlar daxil olur: “Biz həmin dövlətləri Azərbaycana qarşı bu cür təxribatlardan çəkinməyə çağırırıq. Həmin ölkələrin vətəndaşları hərbi əməliyyatlarda çıxış etdiyi halda legitim hərbi hədəflərə çevrilirlər. Həmin dövlətləri vətəndaşlarının bu təxribatlarda iştirakının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Xaricdə yaşayan ermənilərin kiberhücumları var, milyonlarla kiberhücumlar həyata keçirilir”.
Prezidentin köməkçisi onu da bildirib ki, Ermənistan xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək Dağlıq Qarabağa aparır, onları hədəfə çevirməyə çalışır.
O, işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə yenidən çağırış edib: “Bir daha xarici jurnalistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq. Azərbaycanın razılığı olmadan həmin ərazilərə səfər etmək qeyri-qanuni sayılır. Həmin ərazilər işğal olduğu üçün Azərbaycan həmin ərazilərdəki jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu məsuliyyət Ermənistanın və oyuncaq rejimin üzərinə düşür. Həmin jurnalistlər məqsədli şəkildə atəş nöqtələrinin yaxınlığına gətirilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi