Moldovada yaşayan soydaşlarımız səfirliyə toplanıb: "Ordumuza hər cür yardıma hazırıq" - FOTOLAR
02-10-2020 [14:49]
Cari ilin oktyabr 1-də Moldovada yaşayan 50-ə yaxın soydaşımız Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Azərbaycanın bu ölkədəki Səfirliyinə toplaşaraq, səfir Qüdsi Osmanovla görüş keçirib.
Bu barədə səfirlikdən Mia.az-a verilən məlumata görə, həmvətənlərimizin Səfirliyə toplaşmaqda əsas məqsədi 27 sentyabrda cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək, habelə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə və ölkəmizin ərazi bütövlüyünü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirmək olub.
Görüşdə çıxış edən MAK-ın sədri Elçin Bayramov qeyd edib ki, cəbhədə gedən döyüşlərlə bağlı narahatlığını və dəstəyini bildirmək üçün 500 nəfərdən çox azərbaycanlı müraciət edib, lakin pandemiya səbəbindən Moldova qanunvericiliyə uyğun olaraq, 50 nəfərin iştirakı razılaşdırılıb.
Bundan əlavə, E.Bayramov Moldovada yaşayan azərbaycanlıların ordumuza dəstək göstərmək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti ilə yardım etməsinin qərara alındığını görüş iştirakçılarının nəzərinə çatdırlb.
Görüşdə keçmiş sədr Mehman İsmayılov, diaspor fəallarından Maarif Rəhimov, Vaqif Bayramov, gənclərdən Mahizər Məmmədova və Zamir Qurbanov çıxış edərək, prezidentimiz İlham Əliyevin Azərbaycanın və millətimizin maraqlarını qoruyan, mənafeyinə xidmət edən eləcə də, ərazi bütövlüyü uğrunda apardığı hərtərəfli və düşünülmüş siyasətini dəstəklədiklərini qeyd ediblər.
Görüşdə yekun olaraq çıxış edən səfir Q.Osmanov vətənpərvər soydaşlarımıza vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə diqqət və dəstək göstərdikləri üçün təşəkkürünü bildirib. Əlavə edib ki, Azərbaycanın kifayət qədər güclü və döyüşkən ordusunun olduğunu və bunun üçün əlavə dəstəyə ehtiyacın olmadığını vurğulayıb.
Eyni zamanda, səfir Q.Osmanov Moldovadakı Səfirliyin azərbaycanlıların ata yurdu olduğunu və hər zaman onların müraciət və təklifləri üçün açıq olduğunu diqqətə çatdırıb, həmvətənlərimizin mübarizəsini öz savad, bilik və bacarıqları ilə məhz Moldovada davam etdirməli olduğunu qeyd edib və bu ölkədə ermənilərin istər siyasi, istərsə də digər sahələrdə yüksək təsir imkanlarının olduğunu nəzərə alaraq, azərbaycanlıları MAK ətrafında sıx birləşərək daha güclü olmağa çağırıb.
Sonda Səfirliyə toplaşan həmyerlilərimiz görüşə görə səfirə təşəkkürlərini bildirib, bütün tövsiyyələri nəzərə alaraq azərbaycanlıların bu ölkədə təşkilatlanması istiqamətdə səylərini gücləndirəcəklərini qeyd ediblər.


Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi