ABŞ mətbuatında erməıni təxribatarı işıqlandırılıb
02-10-2020 [10:25]
1 oktyabr tarixində "BBC World" Radionun "Newsday" proqramında səfir Elin Süleymanovun müsahibəsi yayımlamınb. Proqramda səfir Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə, səfir ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.
Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavab olaraq bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilib və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki, mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir. Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildirmişdir. O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə xüsusi diqqət çəkib.
Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması, guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F 16 təyyarəsi vasitəsilə vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir bildirmişdir ki, Azərbaycanda F 16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmamış və ölkəmizə hər zaman diplomatik dəstək vermişdir. Ermənistan təyyarəsinin vurulması uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Suriyalı döyüşçülərlə bağlı şaiyələrin qətiyyən həqiqəti əks etdirmədiyini, Azərbaycandan isə Suriyaya döyüşməyə gedən şəxslərin qanunla cinayətə cəlb olunduğunu diqqətə çatdırmışdır.
Tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı sualına səfir bildirmişdir ki, 20 ilə yaxındır ki, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin bu danışıqlar bir nəticə verməmişdir. Xüsusən son illərdə isə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olmuşdur.
Həmçinin nüfuzlu Newsweek mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirmişdir ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk Qrupunun həmsədri qismində ABŞ-beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə atəşkəs dayanıqlı olmayacaqdır.
Bundan əlavə, ABŞ-da geniş izləyici kütləsinə malik Con Batçelor Şou proqramına müsahibəsində Elin Süleymanov Ermənistan tərəfindən hərbi təxribatların davam etməsinə, müki şəxslərin məskunlaşdığı ərazilərin atəşə tutulması nəticəsində ölən və yaralananların olmasına diqqət çəkmişdir. O, bütün əməliyyatların Azərbaycanən beynəlxalq tanınmış sərhədləri daxilində baş verdiyini vurğulamış və Azərbaycan Prezidentinin “Bizim Ermənistan ərazisində heç bir hərbi məqsədimiz yoxdur” sitatını xatırlatmışdır. Bundan əlavə səfir dünya mətbuatında münaqişə barəsində yayılan saxta məlumatlara toxunaraq, bu cür halların yolverilməzliyindən bəhs etmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi