Əhalinin 98 faizi əks-hücum əməliyyatı barədə qərarı dəstəkləyir - STM sorğu keçirib
01-10-2020 [15:31]
Bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STB) “İkinci Qarabağ Müharibəsi ictimai rəydə” sorğusunun nəticələrinin ilkin təhlilinə dair brifinq keçirilib.
Məlumata görə, sorğuda iki fərqli dövrü -24 avqust - 10 sentyabr və 28 sentyabr -30 sentyabr tarixlərini əhatə edib.
STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan Ordusu bəzi ərazilərimizi işğaldan azad edib. Ali Baş Komandanı, Azərbaycan xalqını bu münasibətlə təbrik edən Z. Oruc deyib ki, dünyanın hər yerində azərbaycanlılar torpaqlarımızın işğaldan azad edilməsi xəbərlərini gözləyir: “Əldə olunmuş nəticələr birinci mərhələdə 12 iyul Tovuz döyüşləri ərəfəsində Azərbaycan cəmiyyətinin potensial müharibə vəziyyəti ilə əlaqədar mövqeyi və gözləntilərini özündə əks etdirdiyi halda, ikinci mərhələ Ali baş Komandanın rəhbərliyi ilə həyata keçirilən İkinci Qarabağ Müharibəsinə cari vəziyyətdə ictimai münasibətin və həmrəylik səviyyəsinin öyrənilməsindən ibarət olub. Sorğuların nəticəsi göstərir ki, Azərbaycan xalqı Ali Baş Komandanı müdafiə edir. Birinci Qarabağ Müharibəsi bitib, ancaq savaş davam edir. Sorğu 2758 nəfəri əhatə edib. İnsanlardan ilk növbədə Azərbaycan xalqı və dövlətinin müharibəyə nə dərəcədə hazır olduğu soruşulub. İnsanlarımızın 94 faizindən çoxu hesab edir ki, xalqımız və dövlətimiz müharibəyə hazırdır. İkinci, xalqımızın Ordumuzun gücünü qiymətləndirməsi ilə bağlı olub. 98 faiz Ordunun gücünə inamının yüksək olduğunu bildirib. 93 faiz Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan mübarizənin uğurla başa çatacağını qeyd edib. İnsanlar bunun həm ordu quruculuğu, həm də geosiyasi mühiti düzgün qiymətləndirilməsi ilə əlaqələndiriblər. Aprel döyüşləri, Günnüt qələbəsi və Tovuz döyüşləri, həm də xarici hərbi əməkdaşlıq bu aspektdə qeyd olunub. 89,6 faiz Qarabağ və ətraf rayonların azad olunacağına inanır” .
Z.Oruc vurğulayıb ki, ötən 10 illər ərzində Azərbaycan düzgün siyasət aparıb: “70 faiz Prezident-Xalq birliyinin qazanılan uğurda əsas rol oynadığını bildirir. Sorğunun 27 sentyabra qədər olan dövründə insanlardan müharibənin başlayacağı təqdirdə təhlükəsizliklə bağlı sual ünvanlamışıq. 50 faizə qədər insan müharibə başlayacağı təqdirdə təhlükəsiz şəraitdə olacağımızı, 20 faiz isə müəyyən təhlükələrlə üzləşəcəyimizi bildirib. Bu da aydın idi. Ermənistan mülki obyektləri, yaşayış məntəqələrini atəşə tuta biləcəyi gözlənirdi. ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə, sorğuda iştirak edənlərin 81,8 faizi həmsədrlərin fəaliyyətinə mənfi münasibətini ortaya qoyub. Biz müharibəyə başlayacağı təqdirdə hansı dövlətlərin Azərbaycanı dəstək verəcəyini soruşmuşuq. 99,8 faiz insanımız Türkiyənin bizə kömək edəcəyini bildirir. 98 faiz Pakistan, 93 faiz Ukrayna, 87 İsrail, 71 faiz Gürcüstanın, 70 faizdən artıq isə Belarusun Azərbaycana mənəvi-siyasi dəstək verəcəyini bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrləri və İranla bağlı sorğuda iştirak edənlərin münasibətinə gəlincə, biz bunu açıqlamırıq, Prezidentə təqdim etmişik”.
STM İdarə Heyətinin sədri şəhid dəfnlərinə diqqət çəkib: “98 faiz Ali Baş Komandanın əks-hücum əməliyyatı barədə qərarını dəstəkləyib. Bu tədqiqatlar sübut edir ki, Azərbaycan Prezidentinin xalq arasında nüfuzu çox yüksəkdir. Bu, xalqın apardığı müharibədir, hansısa siyasi, ictimai mənşəyinə görə ayrılıq yoxdur. Nəhayət, xalq qələbəyə inanır. Bu tədqiqatın digər hissələrini başqa vaxt təqdim edəcəyik. Mən hesab edirəm ki, bu taleyüklü günlərdə dövlət başçısına göndərilən məktublarda ifadə olunan fikirlər bizim sosioloji sorğuda da təsdiqini tapır. Ermənistan Prezident, xalq və Ordu arasında münasibətlərin pozulmasını istəyib”/APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi