Sabir Rüstəmxanlı dünya ictimaiyyətinə müraciət etdi: "Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!"
30-09-2020 [18:17]
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat, Xalq şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına, türk Dünyasına və sülhpərvər dünya ictimaiyyətinə müraciət edib.
Partiyadan Mia.az-a daxil olan məlumata görə, müraciətdə deyilir:
"Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyacan və təşviş içində. 30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, yüzlərlə insanımızın əsirlikdə işgəncə altında qalmasını görməzdən gələnlər indi dilə gəliblər. Azərbaycan əsgərinin azadlıq savaşında atdığı ilk güllədən dərhal sonra Roma Papasından ABŞ prezidentinə, Rusiya Dumasından Almaniya kanslerinə qədər “narahatlıq”, atəşi dayandırmaq bəyanatı verilir. İllərdi Xocalı soyqırımına, erməni faşizminə, işğal faktına susan bu yalançı sülhpərvərlər indi Azərbaycanın haqq savaşından narahat olublar. Azərbaycamn beynəlxalq qanunlara və konstitusiyasına uyğun olaraq öz dövlət ərazisini qeyri-qanuni silahlı birləşmələrdən azad etmək və Ermənistanın işğalçılığına son qoymaq istəyir. Bu hərbi əməliyyatlara heç bir hüquq və haqq məhdudiyyət qoya bilməz! Azərbaycan xalqının səbrinin son həddidir və başlanan savaş torpaqların azad olunması ilə başa çatacaq!
Azərbaycan xalqı və dövləti açıq düşmələ savaşdan geri durmayacaq və bu düşmənin havadarlarının sözü bizi haqq yolumuzdan qaytara bilməyəcəkdir. Amma dostla düşmənin tanındığı bu günlərdə bir xalq olaraq dostlarımızdan, canbir, qanbir qardaşlarımızdan umacaqlarımız da var. Hər zaman olduğu kimi, indi də Qardaş Türkiyə bütün varlığı ilə “Can Azərbaycan” deyərək yanımızdadır. Türkiyə dövləti diplomatik cəbhədə Azərbaycanı müdafiə edir, bütün Türk xalqı da öz dəstəyini göstərməkdədir. Eyni dəstək və mövqeni digər türk cumhuriyyətlərindən də gözləyirik. Erməni faşizmi bütövlükdə Türk millətini özünə düşmən elan edib. Bu gün savaş meydanında Azərbaycan əsgəri dayansa da, dünya siyasətində Ermənistan və havadarları antitürk siyasəti yürütməkdədi. Bu siyasətə qarşı Türk Dünyasının birlik və həmrəyliyi mütləqdir. Dünya imperalizminin yürütdüyü şər siyasətinə qarşı bu gün Qarabağda başlanan savaşla bütün Türk Dünyası “dur” mesajı verməlidir!
Bu gün Qarabağda aparılan savaş 50 milyonluq Azərbaycan xalqının savaşıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bu savaşın əsgəridir. Avropada, Amerikada, Rusiyada yaşayan soydaşlarımız Azərbaycanın haqq mübarizəsinin təbliğatçısına, erməni faşizminin açıq və gizli dəstəkçilərini susduran qüvvəyə çevrilməlidir. Savaşın ilk günlərindən Ermənistana hərbi və siyasi dəstək verən İran adlı fars-molla rejimiinin zülmü altında yaşayan milyonlarla soydaşımızın bu gün öz sözünü deməyə və düşmənin İran üzərindən gedən xilas yolunu bağlamağa ehtiyac var. Güney Azərbaycanda yaşayan soydaşlarımızın vətən sevgisinə güvənərək bu etiraz dalğasının nəticə verəcəyinə inanırıq.
Azərbaycan Vətən Müharibəsində uğurlarını davam etdirir, Azərbaycan əsgəri zəfərə doğru savaşır. Tarix yazılan bu günlərdə Arazın güneyində yaşayan soydaşlarımıza, Dünya Azərbaycanlılarına və bütün Türk Dünyasına müraciət edirik: Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi