Rəsmi Bakı Ermənistana atəşkəs şərtini açıqladı: "Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək"
30-09-2020 [15:41]
Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi sentyabrın 29-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, çıxış zamanı bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını və cəbhə xətti boyunca iri miqyaslı hərbi təxribatların həyata keçirdiyini vurğulanıb.
Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq məqsədyönlü şəkildə mülki əhalini və infrastrukturu hədəfə aldığı barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirildiyi bildirilib.
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğu vurğulanıb.
Çıxış zamanı beynəlxalq ictimaiyyət tərəfindən, ATƏT daxil olmaqla, Ermənistanın təhrikedici bəyanatlarına və təcavüzkar əməllərinə adekvat reaksiyanın olmadığı, eləcə də Helsinki Yekun Aktının prinsiplərinin yerinə yetirilməsində ikili standart və selektiv yanaşmanın tətbiq edilməsi yalnız işğalçı ölkənin cəzasızlığına yol açan Ermənistanın hazırkı təxribatçı fəaliyyətinə töhfə vermiş olduğu bildirilib.
Atəşkəsə çağırış ilə bağlı bir sıra çıxışlar ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətə çatdırıldı ki, atəşkəsin pozulması və vəziyyətin eskalasiyasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz mövcudluğu və münaqişənin davam etdirilməsidir.
Çıxış zamanı qeyd edilib ki, Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd-şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək.
Çıxışda bir daha bildirildi ki, Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.
Sonda bildirildi ki, nə qədər tez bir zamanda Ermənistan bu həqiqətlər ilə razılaşsa, bir o qədər tez münaqişə həll ediləcək və region dövlətləri və xalqları əməkdaşlıq və iqtisadi inkişafdan bəhrələnə biləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi