Ermənistanın hərbi təxribatları ilə bağlı ABŞ radiosunda müzakirə açılıb
30-09-2020 [10:06]
Ermənistanın 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı son vəziyyət ABŞ-ın geniş izləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında işıqlandırılıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə,Müsahibə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru, Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Brenda Şefferlə baş tutub.
Aparıcı Con Batçelor illərdir Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində son günlərdə müşahidə olunan gərginliklə bağlı sual ünvanlayaraq, son vəziyyəti sorğu edib .
Səfir Süleymanov cari ilin iyul ayından etibarən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirdiyini bildirərək, iyul ayında törədilən təxribatın Ermənistan Azərbaycan beynəlxalq sərhəddi boyunca baş tutduğunu, hazırki hücumun isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları ilə təmas xəttində vaş verdiyini qeyd edib. Mülki əhalinin məskunlaşdığı ərazilərin bomabalanması nəticəsində dinc əhalinin qətlə yetirilməsi və yaralıların olmasına diqqət çəkib. Səfir hazırlıqlı olan Azərbaycan hərbi qüvvələrinin Ermənistanın bu hücumunu uğurla dəf etdiyini və bir sıra işğal altında olan əraziləri düşmən əsarətindən azad etdiyini dilə gətirib.
O, xüsusilə qeyd edib ki, hazırda bütün əməliyyatlar Azərbaycanın beynəlxalq tanınmış suveren ərazilərində, Azərbaycan sərhədlərinin daxilində həyata keçirilir və bu münaqişədən ən çox əziyyət çəkən də Azərbaycan xalqı olmuşdur. Aparıcı C.Batçelorun ölkəmizə səfəri zamanı Tərtərdə gedən inkişafın, infrastrukturun şahidi olduğunu, hazırda isə həmin ərazilərin Ermənistan tərəfindən artilleriya atəşinə tutulduğunu və dağıntılara məruz qaldığını bildirib.
E.Süleymanov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin Ermənistan ərazisində heç bir hərbi məqsədinin olmadığını, Azərbaycanın yeganə məqsədinin ölkəmizin və xalqımızın müdafiəsi və mühafizəsi olduğunu vurğulayıb.
Ermənistanın hərbi təxribatlarının regional və beynəlxalq nəticələrinin müzakirəsi zamanı professor Şeffer regionda yerləşən Rusiyanın Ermənistanda iki hərbi bazasının olduğunu, bu ölkənin hava məkanına nəzarət etdiyini bildirir. Həmçinin Ermənistanla yaxın əlaqələrə malik İranın Rusiya və Ermənistanla birlikdə regionda Azərbaycan və Türkiyəyə, dolayısı yolla isə İsrailə qarşı olduğunu təhlil edir. İyul ayında Ermənistan tərəfindən törədilən təxribatın regionun əsas enerji və infrastruktur layihələrinə yaxın baş verdiyinə də diqqət çəkir.
ABŞ Dövlət Departamentinin bəyanatında tərəflərin əməliyyatları dayandırmağa və danışıqlar masasında geri dönməyə çağırdığını, ABŞ Prezidenti və birsıra digər ölkə rəhbərlərinin, o cümlədən BMT Baş katibinin tərəfləri sülh danışıqlarına dəvət etdiyini xatırladan səfir Azərbaycanın hər zaman substantiv danışıqlar tərəfdarı olduğunu, hər iki ölkə üçün müsbət nəticələrin əldə olunması məqsədilə Ermənistanı bu danışıqlarda irəliləməyə dəvət etdiyini bildirib. Əksinə, Ermənistanın davamlı olaraq sülhü rədd etdiyi, bu ölkə rəhbərliyinin açıq şəkildə danışıqları istəmədiyini bildirməsini və danışıqlar üçün əsas təşkil edən Madrid prinsiplərini rədd etdiyini qeyd edib. Səfir bildirir ki, Ermənistan baş naziri Nikol Paşinyan öz həyat yoldaşı Ana Hakopyanı Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimə göndərmiş, o isə Azərbaycanlı uşaqların həlak olduğu kəndlərə silah tuşlayaraq insanları müharibəyə həvəsləndirmişdir. Hazırda isə həmin ərazilərdə hər iki tərəfdən insanların yaralanması və həlak olmasını müşahidə olunur. Səfir Ermənistanın bu işğalın daimi olmayacağını anlayacağına ümid etdiyini bidirib.
Eyni zamanda səfir Süleymanov ABŞ-ın ən geniş izləyici auditoriyasına malik olan "FOX News" xəbər ahentliyinə müsahibə verərək, Ermənistanın bu təxribatının gözlənilməz olmadığını, eləcə də erməni rəsmilərinin davamlı olaraq, sülh danışıqlarından imtina etməsini vurğulamışdır.
Müsahibə ilə https://www.foxnews.com/world/armenia-azerbaijan-clashes-us-international-community-interveneinternet səhifəsindən tanış olmaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi