09-11-2013 [11:00]
Gənc şair-yazıçı Emin Piri Mia.az saytına müsahibə verdi.
- Emin müəllim, Sizcə yaxşı yazıçı olmaq asandır, yoxsa yaxşı insan?
- Ümumiyyətlə, bu söhbət həmişə gedir. Yaxşı insan , yaxşı alim və.s.i. Baxır kimin üçün hansı daha asandı. Istənilən halda yaxşı yazıçı olmaq çətin məsələdir. Sadəcə baxır sən qarşındakına necə lazımsan. Əgər sənin ədəbiyyatın ona lazım deyilsə, o, təbii ki, səndən yaxşı insan olmağını gözləyəcək. Bu yaxşı insan olmaq amili daha çox şəxsi həyatla bağlı olur. Yox əgər ünsiyyət önəmli deyilsə, sən ona yaxşı insan olmaqdan daha çox yazıçı kimi lazımsan. Baxın, Azərbaycanda yaşayan oxucu üçün Azərbaycandan kənar yazıçının ailəsində, dostları ilə münasibətdə necə rəftar etməsi önəmli deyil. O, nə qədər yaxşı insan olsa da, yaxşı yazıçı olmasa əhəmiyyətsiz olacaq. Və yaxud bizdən əsrlər öncə yaşamış böyük yazıçının ailəsində hansısa kobudluğu bugün cəmiyyət üçün əhəmiyyət daşımır. Ya qalıb yazıçı kimi oxunur. Ya da unudulub gedir. Əgər ədəbiyyatdan danışırsansa məhz bu aspektdən yanaşmaq lazımdı.
-Sizi Emin Piri edən və bu günkü ərsəyə gətirib çatdıran amil hansıdır?
-Məni Emin Piri edən deyəndə ki, mən hələ heçnəyə gəlib çatmamışam və yolun başındayam. Kiminçünsə ayrı cür görünə bilər, hesab edirəm ki, hələki yalnız ad və soyadımdan ibarətəm.
-Hazırda nə işlə məşğulsunuz?
-Hazırda sevməklə məşğulam.(gülür)
-Ümumiyyətlə, nədən yazırsınız?
-Bilmirəm, nədənsə məndə, qadına sevgi şeirləri alınmır. Ya elə güclü sevmişəm ki, sözlə ifadə edə bilmirəm, ya da hələ sevməmişəm. Bu mövzudan kənar məncə alınır məndə.
-Dünya yazıçılardan kimləri oxuyursuz?
-Xüsusi pərəstiş etdiyim Gi Di Mopassandır. Düzdür, dünyada ondan daha böyük yazıçılar olub və indi də var. Amma nədənsə bu insan yazılarında nəsə məni çəkir. Özümə yaxınlıq duyuram bəzi məsələrdə. Bəlkə də bundandır. Axırıncı dəfə oxuduğunuz kitab hansı olub? -Sonuncu dəfə Bzejinskinin "Böyük şahmat taxtası”nı və Kamal Abdullanın "Unutmağa kimsə yox” kitablarını oxumuşam.
-Yazıçını yazıçı edən nədir: imzası, qalmaqal ya ətrafında gəzən dedi-qodular?
-Yaradıcılığın yoxdursa qalan şey təfərrüatdır. Heç bu barədə müzakirə aparmağa dəyməz. Söylədiyiniz amillər yalnız gündəm , şöhrət və bəzi ambisiyalar, pul-para üçündür.
- Bu yaxınlardada yazıçı Kamal Abdulla ilə yaranan problemləriniz çözüldümü?Özünüzü haqlı hesab edirsiniz bu mübahisədə?
-Bunun üzərindən 4-5 ay keçib nədənsə hər dəfə eyni suallarla qarşılaşıram. Ədəbiyyat adamlarının arasında problem yalnız "yaza bilməmək” problemi ola bilər.Qalan şeylər düzələndir. İkincisisə heç bir problem yoxdur.
- Kitabxanalar, kitab dükanları, kitab evləri demək olar ki, çox vaxt insan üzü görmür, o mədəniyyət ocaqlarını ziyarət edən yoxdu. Bu, əlbəttə, çox acınacaqlı haldır, hətta deyərdim ki, fəlakətdir. Kitabların sayı çox, oxucuların sayı az. Bu nədən irəli gəlir? Niyə gənclərimiz o məkanları ziyarət etməkdən imtina edirlər?
-Mən bilmirəm, siz hansı kitabxanaları nəzərdə tutursunuz. Belə bir problem var, amma müşahidə etsəniz cəmi bir neçə il öncəylə indi arasında böyük fərq var.Kitaba maraq çoxalıb. Bunu son 10 ilin statistikasına əsasən deyirəm. Mən arada Sumqayıt kitabxanasına gedirəm düzü elə vaxt olub ki, oturmağa belə yer tapmamışam. Oturub ağlaşma qurmaq lazım deyil. Nə də bu qədər pessimist olmaq.Ya iş görmək lazımdır, ya da bucür mərsiyələrə ehtiyac yoxdur.
-Kitab bizə nə verir? Biz ondan necə bəhrələnirik? Əlavə bilik, savad və ya dünya görüşümüzü zənginləşdirə bilirik?
-Qısa deyərdim ki, sən nəyi istəyirsənsə kitab sənə onu verəcək. İstər savad, istər pul, istər iş, istər rahatlıq, istərsə digər.
-Sizin fikirinizcə, Azərbaycanda ən yaxşı yazıçı kimdir, ümumiyyətlə, tanıyırsınızmı belə yazıçı?
- Bu cür sözlər mənə bilirsiniz nəyi xatırladır? Uşaq vaxtı usağı çətin vəziyyətə salıb soruşurdular ki, atanı çox istəyirsən yoxsa ananı? Təbii ki, bəyəndiyim yazıçılar var və heç də az deyillər.
- Maariflənməyə, inkişaf etməyə, savadlı olmağa, əlavə biliyə yiyələnməyə bizə nə mane olur?
-Belə götürəndə heç kim. Elə özümüz.
-Gənc yazıçıların sayı həddindən artıq çoxdur, hətta bir neçəsinin kitabı işiq üzü görüb, bəzi kitabların üzünü açar-açmaz insanın, belə demək mümkünsə, ürəyi bulanır.Niyə səviyyəsiz yazarlar çoxalıb?
-Bilmirəm konkret kimləri nəzərdə tutursunuz, hər halda yaxşı dediyin yazıçılar bundan narahat olmalı deyil. Artır artsında. Əlindən qələmi alıb qırası deyilik ki. Əksinə qeyri-ciddi ədəbiyyat yazanların artması ciddi yazanların hörmətini daha da artırır. Nə azlıqdan, nə də çoxluqdan narahatçılığım yoxdur. Ümumiyyətlə, belə şeylərə vaxt ayırmağı belə itki hesab edirəm.
-Gənc Ədiblər Məktəbinin katibisiniz. Yeri gəlmişkən, məlum olduğu kimi, Yazıçılar Birliyində hər ay gənclərlə görüş, bəzi gənc yazarların kitablarının təqdimatı keçirilir. Belə tədbirlərdə tanınmış yazıçı və şairlərdən iştirak edib, onlara dəstək olanlar varmı?
-Təbii ki, xeyri var. Bugün Azərbaycanın ən ucqar bölgələrindən 3-4 saatlıq görüşçün gəlirlərsə, deməli heç də boşuna deyil. Eyni zamanda məktəbə 150-yə yaxın insan üzv olubsa bu Gənc Ədiblərə olan marağın nümunəsidir. Yeni gənc istedadlar üzə çıxır, tanınır, quruma üzv edilir,təqaüd alır və.s. Əlbəttə. Dəstək olanlar var. Bugün həmin gənclər birbaşa rəhbərliklə ünsiyyət qurur, öz fikrini çatdıra bilir. Həmçinin, Rəşad Məcid kifayət qədər gənclərə maraq göstərir. İstedadlı gənclərin, ümumiyyətlə gənc ədiblərin üzə çıxmasında onun qədər ədəbi mühitdə rolu olan məncə yoxdur. Buna həm kəmiyyət, həm də keyfiyyət aspektindən baxmanınızı məsləhət görərdim. "525-ci qəzet”də də bunun şahidi ola bilərsiniz.
-Gənc yazıçılara məsləhət və tövsiyələriniz?
-Mənim özümün məsləhət alan vaxtlarımdır.
Leyla NAMAZOVA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi