09-11-2013 [10:49]
Moskvada böyük mesenat və biznesmen, Ümumrusiya Azərbaycan Konqresinin əsasını qoyanlardan biri olan Aydın Qurbanovun 60 illiyinə həsr edilmiş tədbir keçirilib.
ÜAK və Aydın Qurbanov Xeyriyyə Fondutərəfindən təşkil olunmuş gecəni Rusiyanın "Mədəniyyət" televiziya kanalının aparıcısı, bakılı Vladislav Flyarkovski aparmışdır. O demişdir: "Mən təsəvvür edirəm, Aydın Qurbanov düşündüklərinin heç də hamısını yerinə yetirə bilməmişdir. O minlərlə insana kömək etmək istəyirdi, amma əcəl aman vermədi. Aydın Qurbanovun istəkləri onun həyat tarixinə yazılsa, zənnimcə, çoxcildli bir əsər alınar".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu toplaşanları salamlayaraq demişdir: "Təəssüf ki, bu gözəl insan indi aramızda yoxdur. Amma deyirlər ki, insan yad edilirsə, deməli, sağdır. Bu gün müxtəlif şəhərlərdən onun dostları Moskvaya gəlmişlər. Bu, onu göstərir ki, Aydın Qurbanov çox gözəl insan olmuşdur. Yəqin ki, onun öz şəxsi vəsaiti hesabına Bakıda başlıca pravoslav kafedral kilsəsi tikməsini onun ən böyük xeyirxah əməli hesab etmək olar. Müsəlmanın pravoslav məbədi tikməsi faktının özü Aydın Qurbanovun həyata münasibətini və insanların ona münasibətini əks etdirir. Həmin məbədin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak edib".
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev qeyd etmişdir ki, bu gün iki tarixi gün qeyd olunur: Aydın Qurbanovun 60 yaşı və onun vəfatının 10 ili. ÜAK-ın prezidenti demişdir: "Aydın Qurbanov haqqında düşünəndə başa düşürsən ki, əvəzolunmaz insanlar var. Onun xeyirxah əməlləri təkcə azərbaycanlılar tərəfindən deyil, həmçinin Rusiyada, eləcə də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri tərəfindən qiymətləndiriləcəkdir". Onun sözlərinə görə, Aydın Qurbanov 70-ci və 80-ci illərin gənclərinin parlaq nümayəndəsidir. SSRİ dağıldıqdan sonra o, bugünkü müasir Rusiyanı, onun iqtisadiyyatını quran insanların sırasında olmuşdur. M.Əliyev xüsusi qeyd etmişdir ki, Aydın Qurbanov Ümumrusiya Azərbaycan Konqresinin yaradıcılarından biri olmuşdur. O demişdir: "Aydın Qurbanov çox nüfuzlu və ciddi adam idi. Düşünürəm ki, Səməd Qurbanov atasının işinin gözəl davamçısıdır. Aydın Qurbanovun vəfatından 10 il keçir. Xeyriyyəçinin nəvəsi böyüyür, onun da adı Aydındır. Əgər Aydın Qurbanov bu gün sağ olsaydı, öz ailəsindən, dostlarından, ümumiyyətlə, bütün Qurbanovlar ailəsindən razı qalardı".
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr Bakıda Müqəddəs Mirodaşıyanlar kafedral kilsəsinin bərpasından, onun açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakından danışmışdır. Arxiyepiskop Aleksandr Bakıda ən iri pravoslav məbədinin bərpasında Aydın Qurbanovun böyük xidmətləri olduğunu bildirmişdir. O demişdir: "Bakıdakı Müqəddəs Mirodaşıyanlar məbədinə Rusiyadan çox adam gəlir. Bir çox moskvalılar bildirirlər ki, bu məbəd Moskvanın da yaraşığı ola bilərdi. Məncə, bu, yüksək qiymətdir. Bu məbəddə ali qonaqları qəbul edərkən mən həmişə deyirəm: Bu məbəd Rusiya-Azərbaycan dostluğunun rəmzidi".
Tanınmış mesenatın dostları və qohumları onun haqqında xatirələrini bölüşmüşlər.
Aydın Qurbanovun oğlu, Aydın Qurbanov Xeyriyyə Fondunun rəhbəri, ÜAK idarə heyətinin üzvü Səməd Qurbanov öz çıxışında atasının xatirəsini əziz tutduqlarına görə iştirakçılara ailəsi adından minnətdarlığını bildirmişdir. Səməd Qurbanov demişdir: "Şəxsən mənim üçün atam əsl kişilik və öz vətənin həqiqi vətənpərvəri timsalıdır. Çox ümid edirəm ki, atama olan bu hörməti və münasibəti onun adını daşıyan oğluma ötürə biləcəyəm". O qeyd etmişdir ki, Aydın Qurbanov Fondu Zirə qəsəbəsində Cümə məscidi tikməyi qərara alıb.
S.Qurbanov demişdir: "Çox az adam bilir ki, atam Bakıda Müqəddəs Mirodaşıyanlar kafedral kilsəsinin bərpasından sonra Azərbaycan ərazisində məscid tikməyə başlamağı planlaşdırırdı. Təəssüf ki, xəstəlik aman vermədi. Bu gün Aydın Qurbanov Fondu Bakının yaxınlığında yerləşən Zirə qəsəbəsində Cümə məscidi tikmək qərarına gəlmişdir. Düşünürəm ki, bu yolla atamın xeyirxah işləri davam etdiriləcək".
Tədbirdə Aydın Qurbanovun qohumları və dostları, ailə üzvləri, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Azərbaycanın və Rusiyanın görkəmli dövlət və ictimai xadimləri iştirak ediblər.
Gecədə Aydın Qurbanovun həyat və fəaliyyəti haqında film göstərilib.
Tədbirdə Azərbaycanın Xalq Artisti Alim Qasımovun, müğənni Fərid Əsgərovun, pianoçu Murad Hüseynovun, Rusiyanın və Azərbaycanın digər mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi nömrələri səsləndirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi