Amerikalı diplomatdan Qarabağla bağlı maraqlı şərh: "Bu vakuum bizim Türkiyə və Rusiya ilə danışıqlar aparmağımızdan sonra dolacaq”
29-09-2020 [15:22]
"Ermənistanın baş naziri Nikol Paşinyan inqilab nəticəsində hakimiyyətə gəldikdən sonra 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ilə ilk görüşü keçirildi. Bu görüşdən sonra hər iki lider elan etdi ki, "biz insanları sülhə hazırlamalıyıq". Amma, düşünürəm ki, ölkəsindəki siyasi təzyiqlər səbəbindən Paşinyan öz məxməri inqilabını yekunlaşdıra bilməyib".
Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza CNN telekanalına son günlər Azərbaycan-Ermənistan cəbhəsində baş verən döyüşləri şərh edərkən deyib.
O bildirib ki, 1994-cü ildən etibarən Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilib, amma dəfələrlə bu atəşkəs pozulub.
Keçmiş səfir ABŞ-ın münaqişənin həlli istiqamətindəki fəaliyyətini də dəyərləndirib: "ABŞ ənənəvi olaraq Cənubi Qafqazda, xüsusən də Dağlıq Qarabağda baş verənləri izləyir. Bunun çox səbəbi var. Bu ərazidə həyati əhəmiyyətli strateji infrastruktur obyektləri mövcuddur. Azərbaycanın neft və qaz boru kəmərləri Dağlıq Qarabağın yaxınlığından keçərək Türkiyə və Avropaya uzanır. Yeri gəlmişkən, bu layihələrin lideri BP-dir. Həmçinin bunlara dəmir yolu, quru və hava nəqliyyat dəhlizləri, Əfqanıstan müharibəsindəki ortaq əməliyyatları və fiberoptik kabellər də daxildir.
ABŞ prezidenti Donald Trampın administrasiyası bu münaqişəyə köklənməyib. Heç keçmiş prezident Barak Obama administrasiyası da bu məsələyə səmimi olaraq fikir bildirməyib. Düşünürəm ki, bu məsələdə yüksək səviyyəli diqqət Corc Buş administrasiyasına məxsusdur. Əgər ABŞ münaqişənin həllində iştirak etmirsə, bu vakuum deməkdir.
Bildiyiniz kimi, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu var və ABŞ real şəkildə maraqlanmasa, Minsk qrupu heç bir şey edə bilməz. Amma de-fakto Rusiya Ermənistanı dəstəkləyir. Türkiyə isə uzun müddətdir ki, “bir millət, iki dövlət” deyərək Azərbaycana dəstəyini nümayiş etdirir. Hesab edirəm ki, bu vakuum bizim Türkiyə və Rusiya ilə danışıqlar aparmağımızdan sonra dolacaq”./Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi