08-11-2013 [22:27]
"Xəbərlə” xəbər portalı (xeberle.com) "Onları necə tanıyırıq?" adlı yeni rubrikaya start verir. Rubrikada sumqayıtlı millət vəkillərinin, məmurların fəaliyyəti haqqında şəhərimizin jurnalistlərindən münasibət öyrəniləcək, onlar haqda fikir yürüdüləcək. İlk olaraq Sumqayıtın millət vəkillərindən başlamağa qərar verdik. Jurnalistlər deputat Leyla Abdullayevanın fəaliyyətini dəyərləndirdilər. İndi isə növbədə Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Rahim Mustafayevdir. Həmkarlarımıza belə bir sualla müraciət etdik: "Məişət tullantılarının daşınması ilə məşğul olan bir müəssisəyə rəhbərlik edən Rahim Mustafayevin fəaliyyətini necə qiymətləndirirsiz?
"Faktxeber.com” saytının əməkdaşı Xəyal Şükür:Belə tanımıram. Gördüyü işlərə uyğun yalnız hər hansı qiyməti vermək olar.
Müstəqil jurnalist Çinarə Hüseynova:Məgər şəhərimizdə belə bir departament var? Bilmirəm necə adamdır, ilk dəfədir adını eşidirəm. Amma şəhərimiz son vaxtlar təmizlənir, səliqə-sahmana salınır.
"Yeganə yol” qəzetinin baş redaktor müavini Məftun Ənvəroğlu:Rahim Mustafayevlə əyani tanışlığım yoxdur, amma onun barəsində az da olsa, tənqidi fikirlərim var...
"Xəbərlent” portalının (xeberlent.az) baş redaktoru Bəhruz Salmanov:Rahim Mustafayevi tanımıram, amma departamentin mövcudluğunu bilirəm. Mənim müşahidəmə görə iş fəaliyyətləri operativ deyil, çünki tullantıların neçə mikrorayonda, məhəllədə zibil qutularından aşıb-daşmasını görmüşəm. Bu azmış kimi, hətta zibilləri yandırılar, tüstü də ətrafı bürüyür.
"MİA” informasiya agentliyinin (mia.az) redaktoru Zaur Əhməd:Sumqayıt şəhər Təmizlik departamentinin direktoru Rahim Mustafayev. Belə bir idarənin olduğunu eşitmişəm, amma fəaliyyətini görməmişəm. Əgər belə bir idarə olsaydı, onun rəhbərini azacıq da olsa, insafı olsaydı, heç olmasa, Şəhidlər Xiyabanında təmizliyə riayət edərdi. Sumqayıtın müqəddəs yerlərindən olan Şəhidlər Xiyabanında zir-zibil varsa və buna məsul olan şəxs kabinetini təmiz saxlamaqla məşğuldursa, onun departamentinə də, özünə də bir quş.
Azad Azərbaycan Televiziyasının əməkdaşı Rövşən Əliyev:Məncə, hansısa məmurun işini dəyərləndirmək üçün şəxsən tanışlığa ehtiyac yoxdur. Rahim Mustafayevi şəxsən tanıyıram, yaxşı insandır. İşində də irəliləyiş etməyə çalışır. Amma görüləsi iş var və "Prado”dan düşüb piyada gəzsə, daha çox yararlı olar.
"Birlik.az” saytının baş redaktoru Vusal Hətəmov:Məncə,Sumqayıt şəhər Təmizlik Departamentinin fəaliyyətini görməyimiz üçün birinci növbədə oranın məsullarını o idarədən təmizləmək lazımdır.
"Xəbərlə” portalının (xeberle.com) və "168 saat” qəzetinin redaktoru Elnur Ağayev:Rahim Mustafayevi şəxsən tanımıram, amma Təmizlik departamentinin fəaliyyətini məqbul hesab eləmirəm. Çünki şəhərdə bu sahədə bir sıra problemlər var. Başlayaq ondan ki, hər səhər bir qisim mikrorayon və məhəllələrdə zibillər daşınmaq əvəzinə yandırılır. Bu da ekologiyaya böyük zərər yetirir, sakinlərin haqlı narazılığına səbəb olur. İkincisi, yay aylarında zibilin daşınmasında böyük ləngimələr müşahidə edirik. Sonrası, şəhərin bir çox yerlərində zibil qutusu çatışmır, zibil qutuları bir problemdir Sumqayıtda. Misal üçün, bir neçə il öncə, 13-cü mikrorayonun 10-cu mikrorayonla üz-üzə olan hissəsində, yolun kənarında təxminən uzunluğu 1 km olan ərazi abadlaşdırıldı, skamyalar qoyuldu. Amma orada 1 dənə də olsun zibil qutusu qoymaq heç kimin yadına düşmədi. Bu misalları davam etdirmək olar.
"Zaman və Biz” qəzetinin baş redaktoru Sübhan Arifoğlu:Hədislərdə deyilir: "Təmizlik imandan gəlir". Bir ara çox axtardım, yerini bilən olmadı ki, ondan soruşum: "Bəlkə Cümə Məscidinin yanındakı itən zibil qutuları kimi sizin də imanınız itib?!” Millətin ibadətgah yerinin ətrafından zibil qutuları götürüləndən zibil torbaları bürüyüb.
İctimai TV-nin əməkdaşı Babək Mirzəzadə:Rahim Mustafayevi şəxsən tanımıram, Necə insan olduğunu da bilmirəm. Amma Təmizlik departamentinin direktoru olaraq fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Şəhərimizin təmizliyinə gəlincə isə vəziyyət heç də ürəkaçan deyil. Bir çox mikrorayonlariı, məhəllələri, ictimai yerləri misal göstərmək olar ki, zibil tullantıları ilə doludur. Rahim bəyə isə bir sual ünvanlamaq istəyirəm ki, şəhərimizin Şərq bazarının ətrafında olan zibilliyi nə vaxt aradan qaldırılacaq? Neçə ildir ki, ora zibillik məskəni olub.Özü də o qədər mübahisəli məsələdir ki, Şərq bazarının müdiri həmin zibillərin bazar yox, bazarın ətrafında çalışan sahibkarlara məxsus olduğunu bildirir. Sahibkarlar isə bazarın zibili olduğunu iddia edirlər.
AzTV-nin "Xəbərlər” buraxılışının aparıcısı Rəşad Mehdili:Şəxsən tanımasam da, amma fəaliyyəti məncə bərbad deyil. Çünki Sumqayıt bir çox şəhərlərdən çox, hətta lap çox təmizdir. Təbii ki, ideal təmizlik nəzərdə tutmuruqsa.
Müstəqil jurnalist Elçin Abdullayev:Mustafa Kamal Atatürkün belə bir sözü var: "Əsgəri hərəkət, siyasi fəaliyyətin ümidsiz olduğu nöqtədən başlayır." İndi əgər hansısa məmur haqqında sorğu keçirilirsə, demək ki, bu, onların fəaliyyətsizliyinin nəticəsindən qaynaqlanır. Rahim Mustafayev də bu kateqoriyaya aiddir.
AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə müxbiri Aida Eyvazova:Bizim 4-cü məhəllədə 5-6 bina 15/20 və onun ətrafındakılara cəmi iki ədəd deşilib çürümüş zibil qutusu qoyublar. Görünür, Rahim Mustafayev elə bilir ki, burda daha insanlar yaşamır. Əslinə belə düşünməyə haqqı var. Həmin ərazinin həyətləri xarabalığa bənzəyir, məhəllələrə gələn avtomobil yollarında bütün maşınların altı xarab olub.
"Xəbərlə" xəbər portalı
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi