Müdafiə naziri əmr verdi, tank taborları cəbhə xəttinə göndərilir - FOTOLAR

img

08-11-2013 [15:36]


General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin ediləndən sonra həyata keçirdiyi kdar islahatları cəmiyyətdə maraqla qaşılanır.

Yeni nazirin həyata keçirdiyi təyinatlar haqqında informasiyaları media əldə etdiyi qədər həvəslə işıqlandırmaqdadır. MİA "Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazir Zakir Həsənov tərəfindən həyata keçirilən növbəti tədbir bu dəfə ordu hissəsinin dislokasiyasi ilə bağlı olub. Belə ki, nazirin əmri ilə Pirəkəşkül və Nasosnudakı hərbi hissələrdə yerləşən tank taborlarının yeri Bərdə korpusuna dəyişdirilib. Bərdə korpusuna daxil olan hərbi hissələrin bir hissəsi cəbhə xəttində yerləşdiyi üçün bu dəyişikliyi tankların cəbhə xəttində irəli çəkilməsi kimi də xarakterizə etmək olar.

Bu arada o da bəlli olub ki, yeni nazirin cəbhə bölgəsində səfəri davam edir. Məlumata görə, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

Səfər çərçivəsində hərbi hissələrlə tanışlıq və şəxsi heyətlə görüşlər keçirilib. Zabit heyətilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirib.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA