DİM keçid balları ilə bağlı açıqlama yaydı
25-09-2020 [14:52]
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edən abituriyent və subbakalavrlara müraciət edib.
DİM-dən Mia.az-a bildirilib ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə (ümumi orta müvəffəqiyyət göstəricisi) əsasında yerləşdirilməsi aparılır.
Məlum olduğu kimi, qəbul qaydalarına əsasən orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisas uyğun olan ixtisasları seçə bilirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.
Burada eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə əvvəlcə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), bu göstərici də eyni olduğu təqdirdə attestata fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.
Müsabiqənin nəticələri elan olunarkən DİM tərəfindən abituriyentə təqdim olunan arayışda onun ərizəsində qeyd etdiyi ixtisaslara qəbul üzrə minimal keçid balları da əksini tapır. Minimal keçid balları “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunur. Burada hər hansı bir ixtisasa abituriyentlərlə yanaşı, subbakalavrlar da qəbul olubsa, keçid balı kimi ən aşağı göstəriciyə malik subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (balı) də qeyd olunur. Yəni yuxarıdakı qaydaya uyğun olaraq (eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınır) hər hansı bir ixtisasa ən aşağı balla qəbul olunan subbakalavrın ÜOMG-si də göstərilir.
Dünən sosial şəbəkələrdə və müəyyən xəbər saytlarında süni diqqət toplamaq üçün subbakalavrların ÜOMG-si qəbul imtahanından toplanılan bal kimi qeyd olunub və bu da bəzi ixtisaslara keçid balları ilə bağlı yanlış təəssüratın yaranmasına səbəb olur.
Bir daha qeyd edirik ki, subbakalavrlar qəbul imtahanında iştirak etmədən müsabiqəyə qoşulurlar və hər hansı bir ixtisasa subbakalavr qəbul olubsa, həmin ixtisas üzrə keçid balı kimi göstərilən bal qəbul imtahanı balı deyil, subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisidir.
Nümunə kimi bir subbakalavrın müsabiqə nəticələri haqqında arayışının fotosurətini aşağıda təqdim edirik. Subbakalavrın ÜOMG-si 81,5944 baldır və müsabiqədən keçməyib. Onun ərizəsində qeyd elədiyi 1-ci ixtisasa ən aşağı balla qəbul olan abituriyent olub və minimal keçid balı 188,5 baldır. İkinci yazdığı ixtisasa da ən aşağı balla abituriyent qəbul olub və minimal bal keçid balı 211,6 baldır. 3-cü yazılan ixtisasa isə ən sonuncu qəbul olan subbakalavrdır və ona görə də ixtisas üzrə “minimal keçid balı sətrində” həmin subbakalavrın ÜOMG-si (91,3556) göstərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi